Tərtərdə 11 km-lik yol təmir edilir - VİDEO

Tərtər rayonununda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfində aparılan Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun təmir etdirilir. 5 yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin rahat gediş-gəlişini təmin edəcək. IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Layihəyə uyğun olaraq yolun torpaq qatı bərpa edilib, suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunub.

Qeyd edək ki təmir işlərinin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

REAL

 

Mənbə:
0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar