• Şikayət et

Sergey Lavrovun ölkəmizə səfərinin gündəliyi - VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri politoloqların fikrincə çoxşaxəli olacaq.

Müzakirələr zamanı Azərbaycan üçün əsas gündəm mövzuların Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, eyni zamanda regionda kommunikasiya xətlərinin açılması ilə bağlı olacağı gözlənilir.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov: "Azərbaycan və Rusiya Xarici işlər nazirləri arasında danışıqlar 3 istiqamətdə olacaq. Birinci istiqamət Azərbaycanın gündəliyi. Burada Qarabağ məsələsi, İlkin olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması müzakirə ediləcək. Bundan əlavə əsasən Zəngəzur dəhlizi və başqa istiqamətlərdə nəqliyat əlaqələri, komunikasiyaların blokadasının qaldırılması məsələsi danışılacaq. Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası əsas gündəm mövzusudu. Bu əraziləri ermənilər tərəfindən kənd təsərüfatı üçün zəbt edilib. İndi isə oradan həmin xırda tikinti materialları zavodu, tarlalar götürülməlidir. Və nəhayət ATƏT-in MİNSK qrupu ilə bağlı məsələ necə olacaq bu vacib siyasi məsələ də müzakirə olunacaq".

Faktiki olaraq, Azərbaycan və Rusiya arasında ittifaqlıq haqqında bəyannamə imzalandıqdan sonra bu ilk görüşdür. Hazırda ölkələrin birbaşa müzakirə etmək üçün gündəlikdə geniş mövzuları var. Əsas məsələlərdən biri üçtərəfli razılaşmanın müddəalarıdır. Bildiyimiz kimi Azərbaycan və Ermənistanın həll edə bilmədiyi bir sıra məsələlər var ki, burada Rusiyanın vasitəçiliyi lazımdır. Bura sərhədlərin delimitasiyası və demarkasiyası, komunikasiyaların blokadasının qalxması, Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələri aiddir. Bu məsələlər ətrafında başqa suallar da yaranır. Onları isə yaxın zamanda həll etmək lazımdır ki, regionda təhlükəsizlik və sabitlik təmin edilsin.

Siyasi şərhçilərin proqnozlarına əsasən, Sergey Lavrovun səfəri zamanı hazırda sanksiyalarla mübarizə aparan Rusiyada Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrin bundan sonrakı inkişafı məsələsi gündəmdə olacaq. Rusiya siyasi araşdırmalar inistitunun direktoru Sergey Markov bu səfərdə məhz Rusiyanı maraqlandıran mövzuların müzakirəsinin də yer alacağını deyir:

"Ümumi gündəlik də var. Bu iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Burada vacib fakt iqtisadi sanksiyalarla bağlı təziyiqdir. Rusiya ilə ticarət əlaqələrində olan azərbaycan çirkətlərinə ABŞ və Avropa ittifakı tərəfindən sanksiyalar tətbiq oluna bilər, ona görə bu reallıqda Rusiya ilə ticari əlaqələri necə inkişaf etdirməyi başa düşmək lazimdir. İkincisi siyasi əməkdaşlıqdır ki, hər iki ölkənin bir sıra ümumi lahiyələri var. Üçünçü istiqamət isə Rusiyanın gündəliyidir. Burada isə əsas sual Azərbaycanın sanksiyalardan çıxmaq üçün Rusiyaya hansı köməkliyi edə biləcəyi ilə bağlıdır. Azərbaycanın vacib tərəfdaş ölkələrindən olan Türkiyə bu məsələdə Rusiyaya fəal şəkildə yardım edir. Türkiyə nəinki sanksiyalara qoşuldu, hətda rusiyalılra ABŞ və Avropa sanksiyalarından qacmaq üçün mərkəzə çevrildi. Azərbaycan da Türkiyədə hazırlanan belə modellerdən istifadə etməyə hazırdırmı və Rusiya Azərbaycanın köməkliyinə arxalana bilərmi – bu əsas məsələlər də müzakirə olunacaq".

Rusiya Xarici işlər naziliyinin sözçüsü Mariya Zaxarova isə Rusiya Xarici işlər Naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri çərçivəsində ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacağını bildirdi:

“İyun ayının 23-ü və 24-də Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycan respublikasında işgüzar səfərdə olacaq. Bü ölkənin Xarici işllər naziri ilə görüş nəzərdə tutulub və Azərbaycan Prezidenti ilə də görüş gözlənilir. Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabır 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri iki gün davam edəcək.

İQBAL RÜSTƏMOV

REAL TV MOSKVA

 

Mənbə:
0
261
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar