Şəhid Baxış Rəhimlidən bəhs edən kitab çıxıb

”27 sentyabr 2020-ci I ltarixdə torpaqlarımızın erməni işğalından azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda başlayan və qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksələn (ölümündən sonar ) “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş Rəhimli Baxış İlqar oğlunun keçdiyi döyüş yolu, habelə döyüş yoldaşları və doğmalarının onun haqqında xatirələrindən bəhs edən kitab çıxmışdır. Şəhidimiz haqqında Mənsurə Qaçayqızının hazırladığı “Çinar ömrü” adlı kitab “ Elm və təhsil” nəşriyyatında nəşr olunmuşdur.

Kitabda şəhid Baxış Rəhimlinin dogma Qarabağımızın azadlığı uğrunda Cəbrayıldan, Xocavənddən, Fizulidən, Hadrutdan Şuşaya qədər keçdiyi döyüş yolu haqqında danışılır, şəhidlik zirvəsinə ucalan igid topçunun zəfər yolunda uğurlarından danışılır.

Şəhid Rəhimli Baxış İlqar oğlu… 1996-cı il fevralın 19-da Bərdə rayonunun Bala Qəcər kəndində dünyaya göz açmışdı. Bərdə rayonunda Akademik Zərifə Əliyeva adına məktəb-liseyi bitirmişdi. Türkiyənin Kastomonu Universitetinin “İktisadi və idari bilimlər ” fakultəsini bitirmişdi. 2019-cu il oktyabr ayının 23-də Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılmışdı. Həqiqi hərbi xidmət dövründə də əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazanan Baxış Vətən müharibəsi başlayan zamandan igid topçu kimi düşmənin üzərinə yeridi. Qəhrəmanlıqla dolu döyüş yolu keçən Rəhimli Baxış İlqar oğlu noyabr ayının 9-da, müharibənin bitməsinə saatlar qalmış düşmənin atdığı minamyot atəşi nəticəsində Şuşa yaxınlığında şəhid oldu!

Allah şəhidimizə rəhmət eləsin!

Mənsurə Qaçayqızı

 

Mənbə:
0
501
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar