Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında yanğın baş verib

Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınılığında yanğın baş verib. Virtualaz.org Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu rayonunda İstiklal küçəsində yerləşən Baş Konsulluğun binası üzərindən tüstü yüksəlib və ciddi narahatlıq yaşanıb.

Yanğının Beyoğlunda Tomtom Məhəlləsində yerləşən Pierre Loti Fransız Litseyinin damında baş verdiyi məlum olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və qısa müddətdə yanğın söndürülüb.

Qeyd edək ki, bu gün Rusiyanın Türkiyədəki Səfriliyi twıtter səhifəsindən yanğınlara Rusiyanın üç “Be-200” yangınsöndürmə tayyarəsinin dəstək göstərdiyini bildirib.

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar