Razılığa gəlmək üçün ABŞ Aİ-yə təzyiq edir ANTİ-RUSİYA SANKSİYALARI İLƏ BAĞLI

Vaşinqton Avropa İttifaqındakı tərəfdaşlarına Rusiyaya qarşı sanksiyalar siyahısını tez bir zamanda razılaşdırmaq və təsdiqləmək üçün təzyiqləri artırır. SİA xəbər verir ki, bu barədə Bloomberg yazır.

Nəşrin mənbələrinin bildirdiyinə görə, danışıqlar prosesi bir neçə həftədir davam etsə də, ABŞ Brüsselin sanksiyalar məsələsində ləngiməsindən narahatdır.

"Bayden administrasiyası Moskvanın bir sıra mümkün hərəkətlərini də müzakirə edib. Onun fikrincə, cavab tədbirləri görülməlidir. Söhbət Ukraynaya qoşun yeritməklə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenskiyə və ya digər dövlət çevrilişinə cəhddən gedir”, deyə nəşrin material müəllifləri bu həftə baş verən müzakirələrlə tanış olan məmurlara istinadən yazırlar.

Diqqətə çatdıraq ki, hakim Demokratlar Partiyasından olan ABŞ senatorları daha əvvəl “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi” halında Rusiya iqtisadiyyatının əsas sektorlarına, dövlət borcuna və yüksək dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyi təklif edən qanun layihəsi təqdim ediblər.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni sanksiyalar təhlükəsini absurd adlandırıb. Öz növbəsində, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu cür tədbirlərə son dərəcə mənfi yanaşır və hesab edir ki, onlar təhlükəsizlik təminatları üzrə danışıqlarda konstruktiv atmosferin formalaşmasına töhfə vermir.

 

Mənbə:
0
1141
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar