Probiotiklər Parkinson xəstəliyinin gedişatını yavaşlatmağa kömək edir - TƏDQİQAT

Bağırsaqların mikrobiotası problemləri mədə-bağırsaq sisteminin işində ciddi pozuntulara səbəb olur. Onlar bəzən Parkinson xəstəliyinin inkişafına şərait yaradırlar.

 

Parkinson xəstəliyi, həmçinin qəbizlik, mədə qıcqırması, ürək bulanma və qusma ilə müşayiət olunur. Bəzi hallarda isə bu mədə-bağırsaq nasazlıqları illərlə və hətta tremorun yaranmasına qədər 10 illərlə vaxt ərzində, yəni Parkinson xəstəliyi diaqnozunun qoyulmasına qədər müşahidə olunur.

 

Aztibb.az-ın medikforum.ru-ya istinadən məlumatına görə, yeni tədqiqat göstərib ki, bağırsaqların mikrobiotasındakı dəyişikliyinin Parkinsonun xəstəliyi ilə bağlılığı onda iltihabın yaranmasını təhrik edir. Yoğun bağırsaq daxilində isə alfa-sinuklein zülalının toplanmasına səbəb ola bilər.

 

Alfa-sinuklein toplanması bədənə beyindən komandalar verən dofamini istehsal edən beyin neyronlarının ölümünə gətirib çıxarır. Dofamin beyindən nə qədər az istehsal edilərsə, Parkinson xəstəliyinin simptomlarının büruzə verməsi o qədər çox olur. Beləliklə, probiotik məhlullar xəstəliyin inkişafını yavaşlatmağa kömək edir.

Mənbə:
0
510
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar