“PlayStation 5” satışları 10 milyonu keçib

Yaponiyanın “Sony” şirkəti 2020-ci ilin noyabrından bəri dünyada 10 milyon ədəd “PlayStation 5” satdığını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Şirkət “PS5” konsolunu ən çox satılan məhsul adlandırıb.

“Sony” həmçinin yarımkeçici çatışmazlığı səbəbindən konsolun məhdud təchizatı ilə əlaqədar problemləri aradan qaldırmağa çalışdığını da qeyd edib. Daha əvvəl mətbuatda “PlayStation 5”dəki prosessorun daha güclü çiplə dəyişdiriləcəyi bildirilib. Şirkət eksklüziv oyunların satışlarının yüksək olduğunu açıqlayıb. Onlar sırasına “Miles Morales” (5 milyon nüsxə), “Ratchet & Clank: Rift Apart” (1 milyon nüsxə) və “Returnal” (150 min nüsxə) daxildir.

“Microsoft” da “Xbox Series X|S” konsolunun ən çox satılan məhsul olduğunu bildirib. Mütəxəssislərin fikrincə, 2021-ci ilin iyuluna qədər korporasiya 6.5 milyon ədəd “Xbox Series X|S”, 5.7 milyon ədəd “Xbox One” və 5 milyon ədəd “Xbox 360” satıb.

Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar