“Neftçi" günahı ilk növbədə özündə axtarsın” - Yunis Hüseynov

“Neftçi" günahı ilk növbədə özündə axtarsın”.

Bu sözləri Qol.az-a futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, ötən gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu “Neftçi”nin "Olimpiakos"a məğlub olaraq (0:1, ümumi hesab 0:2) mübarizəni dayandırmasını şərh edib.

Bildirib ki, "Olimpiakos" keçiləsi komanda olub: “Rəqib əvvəlki illərdə olduğu kimi güclü deyildi. Nəzərə alsaq ki, 8 əsas futbolçusundan da məhrum olmuşdu, bu, bizə əlavə üstünlük verməli idi. Oyun ərzində demək olar 100 faizlik qol epizodu yarada bilmədik. Dünənki oyuna isə başqa cür çıxmışdılar. Bilmirəm motivasiya yox idi, yoxsa arxayınlıq yaranmışdı ki, "Olimpiakos"u keçəcəklər. Əslində ilk oyundan sonra komanda azarkeşlərə ümid vermişdi. Bir çoxu, o cümlədən də mən hesab edirdim ki, "Neftçi" mərhələ adlayacaq. Məğlubiyyətin səbəbi haqda bircə onu deyə bilərəm ki, "Neftçi" günahı özündə axtarmalıdır. Təbii, istərdik ki, Çempionlar Liqasında mübarizəni davam etdirsin, amma alınmadı”.

Y.Hüseynov Bakıda buraxılan qol barəsində bunları deyib. “Futboldur, səhvsiz oyunçu olmur. Bəziləri Ömər Buludovu qınayır, amma buna ehtiyac yoxdur. Hər kəs səhv edə bilər. Yaxşı, deyək ki, Ömər səhv etdi, Aqil ilk zərbənin qarşısını aldı, amma qapı xəttinə ötürmə zamanı orada 4-5 müdafiəçi vardı. Onlar niyə imkan verirdi? Məgər, onların etdiyi səhv deyil? Mbodj topu seyr edirdi, halbuki zərbənin qarşısını almalı idi. Yəni səhvi bir nəfərin üstünə atmaq düz deyil. Ümumi komanda hesabına yazmaq daha düzgün olar”.

Yunis Hüseynov “Neftçi”nin Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya "HİK"i ilə keçirəcəyi oyunlar haqda da fikir bildirib: “Keçilməz rəqib yoxdur. Samir Abasov "HİK"i yaxşı analiz edə biləcəklər. "Olimpiakos"u da keçmək olardı. Finlandlar güc futboluna üstünlük verəcək, onların oyun tərzi belədir”.

Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar