Mərkəzi Bank: fərdi sahibkarlara verilən kredit rekord yeniləyir

2021-ci ilin ilk yarımilliyi ərzində Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlara verilən kreditlərin həcmi rekord yeniləməklə 261.7 mln. manata (31%) yüksəlib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Söhbət burada yalnız kommersiya banklarının verdiyi kreditlərdən gedir.

1 iyul 2021-ci il tarixinə fərdi sahibkarlığa verilən kreditlərin həcmi 1 milyard 108.7 mln. manat olmuşdur.

Fərdi sahibkarlara verilən kreditlərin 1 042.6 mln. manatı milli valyutada, qalan 66.1 mln. manatı isə xarici valyutada verilənlər təşkil edir.

2021-ci ilin ilk yarımilliyində milli valyutada olan kreditlərin həcmi 35% artdığı halda, xarici valyutada isə dəyişməz qalmışıdr.

 

Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar