“Layiq olduğumuz şey budur” – “Olimpiakos”un futbolçusu

"Olimpiakos"un futbolçusu Giorgios Masuras Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə Bakıda keçirdikləri cavab oyunu (1:0) barədə danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan oyunçu deyib: “Neftçi” ilə matçda hər şey yaxşı oldu. Çətin seçmə mərhələni keçdik. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olan böyük hədəfimizə doğru irəliləməyə davam edirik. Layiq olduğumuz şey budur”.

Qeyd edək ki, “Olimpiakos” Yunanıstandakı görüşdə də təmsilçimizə minimal hesabla qalib gəlib. İki oyunun nəticəsində Afina klubu 3-cü təsnifat mərhələsinə adlayıb. “Neftçi” isə yoluna Avropa Liqasında davam edəcək.

Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar