• Şikayət et

"Küçələrə timsah, komodo əjdahası, kaftar, anakonda buraxacağam"

Bir müddət əvvəl sahibsiz itlərin öldürülməsini tələb edən türkiyəli müğənni Yıldız Tilbe bu dəfə heyvanları küçələrə sərbəst buraxmağı təklif edib.

101.az xəbər verir ki, bu barədə ifaçı tviter hesabında paylaşım edib.

"Uyğun gördüyüm boş və gözəl küçələrə timsah, komodo əjdahası və bir neçə kaftar buraxacağam, bəsləmək üçün. Anakonda da olar. Böyüdüb küçəyə qoyacağam. Həm turistlər də gələr. Niyə də olmasın, nəyimiz əskikdir? Niyə sahibsiz heyvanlarımıza yeni növlər əlavə etməyək?

Zooparklardakı heyvanlar sərbəst buraxılmalıdır. Küçələrdə gəzsinlər, çoxalsınlar, millət baxar. Bəlkə də uzun müddətə Afrika kimi olacağıq. Hər növ heyvan, niyə də olmasın? İnsanlar üçün də yeni yaşayış yerləri tikilər dağ başında. Marsa filan gedərik, planetlərə gedir axı gələcək insan" deyə, o, yazıb.

Qeyd edək ki, ifaçı ötən ay sosial media hesabında "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. Onun barəsində cinayət işi açılıb. Hazırda məhkəmə davam edir.

 

Mənbə:
0
1847
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar