Kuba peyvəndi İranda istehsal olunacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Kuba gələn həftə İranda öz vaksinini istehsal edən ilk ölkə olacağını açıqlayıb.
Məlumata görə, Kubanın klinik sınaqlardan əldə etdiyi ilkin məlumatlar göstərir ki, "Subrana 2" peyvəndi və ölkənin ən qabaqcıl peyvəndi "Abdala", 90% -dən çox effektivliyi ilə dünyanın ən təsirli koronavirus əleyhinə peyvəndlərindəndir.

Bu ilin əvvəlində İran Pastur İnstitutu "Subrana 2" peyvəndi istehsal edən Kuba Finla İnstitutu ilə İranda peyvəndin klinik sınaqlarının üçüncü mərhələsini həyata keçirmək üçün razılığa gəlib.

Kuba Finla İnstitutunun prezidenti Visentez Bencomo bu həftə Tehrana səfəri zamanı bildirib ki, İran və Kuba milyonlarla doza "Subrana 2" peyvəndi istehsal edəcək.

 

Mənbə:
0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar