• Şikayət et

“JEK”lər LƏĞV EDİLİR - Alternativ nə olacaq?

“Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer aldığını deyib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az saytına danışarkən vurğulayıb ki, “JEK”lər ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir:

““JEK”lərə maliyyə ayrılmadığı üçün demək olar ki, öz funksiyalarını tamamilə itiriblər. Hazırda ancaq kiçik işlər görürlər.

Maliyyə ayrılmadığı üçün əvvəlki kimi texniki avadanlıqları yoxdu, mütəxəssisləri sıradan çıxarıb, işçilərin sayını azaldıblar. Əgər əvvəllər hər “JEK”də onlarla şəxs çalışırdısa, texniki vəsaitləri, maşınları var idisə, indi heç biri yoxdu. Kasıb vəziyyətə düşdükləri üçün fəaliyyətləri də gözə görünmür.

 

 

“JEK”lərin ləğvi məsələsi bir neçə il bundan öncə qaldırılmışdı. Mən “JEK”in bələdiyyələrə birləşdirilməyini təklif etmişdim. Çünki bu səlahiyyətləri bilavasitə bələdiyyələr yerinə yetirə bilərlər. Ancaq onun da tərəfdarı deyiləm ki, burada uzun müddət çalışanlar işsiz qalsınlar. Əlbəttə ki, bu səlahiyyətlər bələdiyyələrə veriləndən sonra orada çalışan, bu sahəni yaxşı bilən işçilər bələdiyyələrin nəzdində fəaliyyət göstərməlidirlər”.

 

Deputat deyib ki, ümumiyyətlə, hansı struktur öz fəaliyyətini yerinə yetirə bilmirsə, ləğv edilməlidir:

“Əgər bu gün hansı struktur öz vəzifəsini yerinə yetirə bilmirsə, düşünürəm ki, ləğv edilməlidir. Çünki öz fəaliyyətini bilməyən struktur artıq orqanizm kimidir.

“JEK”lərdəki vəziyyət də belədir. Ştatlar azaldılıb, fəaliyyət ən aşağı səviyyəyə enib. Amma qeyd etmək lazımdır ki, mütləq alternativ bir təşkilat olmalıdır. Bu alternativ təşkilat olaraq, mən bələdiyyəni görürəm. Bələdiyyə bu gün ərazilərdə müəyyən xidmətləri edə bilir. “JEK”lər birmənalı olaraq, ləğv edilməlidir”.

Mənbə:
0
493
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar