Hazard pis formadadır

"Real"ın futbolçusu Eden Hazard tətildən qayıdıb və funksional hazırlığının yoxlanması məqsədi ilə tibbi müayinələrdən və müxtəlif testlərdən keçib.

Qol.az AS-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin testlərinin cavabları son dərəcə məyusedici olub. Yoxlanışdan sonra 30 yaşlı oyunçunun fiziki formasının çox zəif olduğu müəyyənləşib

Hazard yeni mövsümə fərdi formada hazırlaşır. Klub belçikalı oyunçu üçün artıq fitness məşqçisi də ayırıb. Bildirilir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti bahalı transfer etmək fikrində olmadığına görə Hazarda ümid bəsləyir.

Qeyd edək ki, Hazard "Real"a 2019-cu ildə "Çelsi"dən keçib.

 

Mənbə:
0
182
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar