Gürcüstanın müxalifətçi deputatı mandatından imtina etdi - SƏBƏB

Gürcüstan "Vahid Milli Hərəkat"ının sədri, deputat Nika Melia parlamenti tərk edib.

Bizim.Media xəbər verir ki, Melia bu barədə keçirdiyi brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, parlamenti tərk etmə səbəbi oktyabr seçkilərində mübarizə aparmasıdır:
“Şəxsən mən oktyabr referendumu üçün mübarizə aparacağam və parlementi tərk edirəm. Bu, o deməkdir ki, mən deputat mandatından ayrılıram və Elene, dostlarım və gürcü xalqı ilə birlikdə ən vacib referenduma qatılıram", - deyə N. Melia qeyd edib.

Xatırladaq ki, Nika Melia Birləşmiş Müxalifət və bir neçə müxalif partiyaların namizədi olaraq, oktyabrda keçiriləcək yerli özünüidarəetmə (mer) seçkilərində Tbilisi meri uğrunda mübarizə aparacaq.

 

0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar