Ermənistan sərhədlərini ruslar qoruya bilərmi?

Zərdüşt Əlizadə: "Rus sərhədçilərinin hazırda Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi mümkün deyil".

Paralei.az xəbər verir ki, iyul ayının 28-də Rusiyanın atəşkəs çağırışına baxmayaraq hələ də Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalmaqdadır. Bu arada Paşinyan Azərbaycanla bütün sərhəd boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsini Rusiya ilə müzakirə etmək istəyir. Bu təklif baş tuta bilərmi, bilərsə o Azərbaycana nə vəd edə bilər?
Suala cavab axtarışı amacı ile politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq bildirdi ki, bu bizim üçün daha səmərəli olardı, çünki Ermənistan bir dövlət kimi etibarını itirib: "Amma əvvəlcə sərhədlər müəyyənləşdirilməlidir - delinitasiya-demarkasiya işləri başa çatdırılmalıdır. Bu işdə Rusiya da öz iştirakçılığını təklif edir, illər üzrə xəritələri təqdim etməyə hazır olduğunu bildirir. Ancaq Ermənistanın dövlət fəlsəfəsində naqislik ondan ibarətdir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımır. Sərhədlər müəyyənləşəndən sonra Ermənistan tərəfdə kimin dayanmasını bizim üçün əhəmiyyəti yoxdur. Bu iş aparılmadan rus sərhədçiləri gəlib harada dayanacaq, konkret sərhəd hələ mövcud deyil. Ona görə də rus sərhədçilərinin hazırda Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi mümkün deyil".


Akif

Mənbə:
0
73
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar