"Dünyanı ittiham edirik, amma Nikolu aradan götürmürük"- Mnatsakanyan

Erməni siyasi analitik Levon Mnatsakanyan ölkəsindəki ağır hərbi-siyasi durumdan gileylənib. Azvision.az xəbər verir ki, yerli mediaya son günlərin sərhəd insidentlərini şərh edən ekspert erməni cəmiyyətini də qınayıb:

 

"İnsanlar Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, ABŞ-ı, Fransanı, NATO -nu və ümumiyyətlə dünyanı ittiham edirlər. Belə bir ittihamınızla bərabər siyasi ambisiyalar olmadan Ermənistanı və Qarabağı düşmənə verən vətən xaininə(Nikol Paşinyan-red.) qarşı birlikdə mübarizə aparmağa çalışdınızmı?

 

Dünyanın istənilən ölkəsində xalq müharibədəki uğursuzluqdan sonra məğlub olan lideri, bizim vəziyyətimizdə isə satqın rəhbəri əvvəlcə aradan götürərdi. Yalnız bundan sonra cəmiyyət bu və ya digər dövləti yaxud da geosiyasi vəziyyəti günahlandırardı".

Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar