"Delta ştammının sürətlə yayılmasına səbəb bu şəxslərdir" - Mütəxəssis

Beynəlxalq Sağlamlıq İnstitutu Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Antonio Fauci COVID-19 virusunun Delta ştammına yoluxanlar arasında peyvənd olunmayanların üstünlük təşkil etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Antonio Fauci Delta ştammı ilə mübarizədə ABŞ-ın çətin vəziyyətlə üzləşdiyini bildirib:
"Yanlış yolda hərəkət edirik. Peyvənd olunanlar da maska taxmalıdırlar. Üçüncü doza vaksinlə bağlı tədqiqatlar müzakirə olunmaqdadır. Hesab edirəm ki, orqan köçürülənlərə də, xərçəng xəstələrinə də üçüncü doza vaksin vurulmalıdır".
Antonio Fauci hesab edir ki, ABŞ-da yoluxma sayının artmasına səbəb insanların peyvənd olunmamasıdır.
Qeyd edək ki, Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzinin apardığı araşdırmaya görə, ABŞ əhalisinin 49 faizi peyvənd olunub.
Florida, Texas və Missouri əyalətlərində ki yoluxma halalrı ölkə üzrə yoluxmanın 40 faizini təşkil edir.

Mənbə:
0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar