Avtomobillərin arxa şüşəsindən şüarlar yığışdırılacaqmı?

Hər gün arxa şüşələrinə vətənpərvərlik şüarları yapışdırılmış onlarla avtomobillə rastlaşırıq. Bu tendensiya 44 günlük müharibənin qələbə sevinci dönəmində daha da genişləndi. İndi isə dövlət orqanlarından yeni mesaj gəlib. Belə ki, Azərbaycan Dövlət Yol Polisi bəyan edib ki, : avtomobillərin arxa şüşəsinə şüarların vurulması qanuna ziddir. Həmişə bu cür mesajlardan sonra reydlər başlayır. Lakin avtomobil şüşələrinin görüntü sahəsinin məhdudlaşdırılması mövsümi olaraq tənzimlənir. Hazırda isə yaydır, yəni avtomobil şüşələrinin məhdudlaşdırılması dövrüdür.
Digər tərəfdən sözügedən şüarların əksəriyyəti müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə bağlıdır. Bu şüarlar doğrudanmı yığışdırılacaq? Sualımızı həm ekspertlər, həm də DYP sözçüsü şərh etməkdən yayındı.


Akif

Mənbə:
0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar