Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son açıqlaması onun əleyhdarlarını hərəkətə gətirib.
Modern.az xəbər verir ki, Paşinyanın Qarabağın “statusu” məsələsinin “dəfn edildiyi” barədə fikirləri revanşistləri hiddətləndirib.
“2016-cı ildə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarıldı və bu, Ermənistan üçün fəlakətlə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil; əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil”, - deyən Paşinyana revanşistlər Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan vasitəsilə cavab veriblər.
Arayik Arutunyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ əhalisi adından danışmaq hüququ yoxdur.