Alimlər Marsa uyğun şəraitdə pomidor yetişdirdi - VİDEO

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçılarının xüsusi layihəsini maliyyələşdirib.

TED.az "technote"a istinadən xəbər verir ki, sözügedən xüsusi layihə çərçivəsində mütəxəssislər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirməyə çalışıblar.

Nəticədə məlum olub ki, gələcəkdə Marsa yollanacaq astronavtlar pomidor yetişdirə və ketçup istehsal edə bilərlər. İrimiqyaslı Mars missiyasının əsas problemlərindən biri də logistikadır.

Əgər astronavtlar yanacaq, oksigen, su, ehtiyat hissələri və qidanı özləri ilə aparmağı qərara alsalar, deməli Marsa çoxlu sayda kosmik yük gəmisi yollanmalıdır. Bu isə öz növbəsində külli miqdarda xərc deməkdir. Xərcləri aşağı salmaq üçün mütəxəssislər Mars resurslarından istifadə etməyi planlaşdırırlar. Buna misal olaraq qida məhsullarının Mars torpağında yetişdirilməsini gətirmək olar.

“The Martian” filmində baş qəhrəman Marsdakı istixanada kartof yetişdirirdi. Lakin Heinz şirkəti gələcək Mars astronavtlarını pomidor və ketçup ilə təmin etmək niyyətindədir. Reklam məqsədilə şirkət Heinz Mars Edition adlı ketçupu təqdim edib. Sözügedən ketçup Mars şəraitinə yaxın olan şərtlər çərçivəsində becərilmiş pomidorlardan hazırlanıb. Şirkətin alimlər ilə 2 illik əməkdaşlığı çərçivəsində “Red House” adlı istixana yaradılıb. Həmin istixanada alimlər Heinz şirkətinin toxum kataloqundan seçilmiş 30 kol pomidor yetişdiriblər. Alimlər ilk növbədə toxumları Mars torpağına bənzər 3.5 ton torpağa basdırıblar. Bunun üçün nəzərdə tutulmuş torpaq Mohave səhrasından əldə olunub. Daha sonra toxumlar qırmızı diod işıqları vasitəsilə işıqlandırılıblar. İstixanadakı atmosfer, temperatur və sulandırma rejimi Marsda ola biləcək istixana şərtləri ilə eyni olub.

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar