ABŞ səfiri Geqarkunikdə: Minsk Qrupu niyə etiraz etmir?

“Biz səfirləri Şuşaya dəvət edəndə Minsk Qrupunun üzvləri etiraz etmişdilər”

“Qərarlarını guya sülhdən yana olmaqla əsaslandırmışdılar”

“Beləliklə, revanşist meyillər daha da artacaq. Ona görə də biz öz narazılığımızı bildirməliyik”

ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi bu günlərdə Ermənistan-Azərbaycan sərhədində olub. Treysi Geqarkunik sərhədinə baş çəkib, sonra Verin Şorja kəndi istiqamətində yerləşən mövqelərdə olub. Başqa vaxt “üç meymun” oynayan ABŞ indi “Harda aş, orda baş” prinsipi ilə çıxış etməyə başlayıb. Xeyirdimi?!

Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında bildirdi ki, burada xeyirlik bir iş yoxdur:

“Biz səfirləri Şuşaya dəvət edəndə Minsk Qrupunun üzvləri etiraz etmişdilər. Qərarlarını guya sülhdən yana olmaqla əsaslandırmışdılar.

Lakin sonra Fransanın Ermənistandakı səfiri bunun yalnız Şuşanın statusu məsələsi həllini tapdıqdan sonra mümkün olacağını söylədi. Yəni o, bu çıxışı ilə Azərbaycanla düşməni eyniləşdirdi.

İndi isə ABŞ səfiri Geqarkunikə getdi. Fotoda səfirdən başqa hər kəs hərbi formadadır. Bu, sanki dəstək nümayişi kimi başa düşülür və şübhəsiz ki, erməni cəmiyyətini ruhlandırır.

Beləliklə, revanşist meyillər daha da artacaq. Ona görə də biz öz narazılığımızı bildirməliyik”.

Mənbə:
0
490
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar