Neftçalada taxıl biçini sürətlə davam edir

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon ərazisində biçin aparılan taxıl sahəsində olub və biçinin gedişi ilə tanış olub. Rayon İcra Hakimiyyətinin başçısına rayon ərazisində aparılan taxıl biçini haqqında ümumi məlumat verilib. Neftçala RİH başçısı ərazidə olan fermerlərlə də görüşüb. Fermerlərlə söhbət edən İcra başçısı onları maraqlandıran sualları cavablandırıb və fermerləri narahat edən məsələlər müzakirə olunub, fermerlərin fikirləri öyrənilib.

Məlumat üçün qeyd edək ki, Neftçala rayonu Respublika üzrə ən çox arpa əkini aparılan rayonlardan biridir.⠀ Bu günədək rayon üzrə 34470 hektar arpa sahəsinin 21345 hektarında biçin həyata keçirilib və sahələrdən 59980 ton arpa yığılıb ki, bu da 28.1 sentner məhsuldarlıq deməkdir.⠀

 

Arpa biçininə 200 kombayn cəlb olunub ki, bunun 27 ədədi "Aqrolizinq" ASC-nin, 147 ədədi fərdi mülkiyyətçilərin , 26 ədədi isə "Aqrolizinq" xətti ilə digər rayonlardan dislokasiya olunan kombaynlardır.⠀

 

Neftçala rayonunda ümumi 40450 hektar taxıl əkini vardır ki, bundan 5980 hektarı buğda, 34470 hektarı isə arpadır. Buğda sahələrinin biçininə isə bu ayın ortalarından kütləvi şəkildə başlanacaqdır.

Mənbə:
0
613
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar