"Müttəfiqlərimizi və dostlarımızı qorumaq üçün Qara dənizə ehtiyacımız var”

Amerika Birləşmiş Ştatlarının Avropadakı qoşunlarının keçmiş baş komandanı general Ben Hoces bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə qarşılaşmaq üçün Qara dənizdə maraqlıdır. “Biz strateji düşünməliyik: Rusiya və İranı cilovlamaq, həmçinin regiondakı müttəfiqlərimizi və dostlarımızı qorumaq üçün Qara dənizə ehtiyacımız var”. Azerforum.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu Ukraynanın “Hromadske” televiziyasına müsahibəsində deyib.

Eyni zamanda, general qeyd edib ki, Bayden Qara dəniz regionunda hansı siyasətin aparılmalı olduğuna dair dəqiq bir anlayışa malik deyil: "Bu administrasiyanın hələ də Qara dəniz regionu ilə bağlı dəqiq strategiyası yoxdur. Mən bilirəm ki, onlar orada artıq nəsə üzərində işləyirlər, amma əslində hələ heç nə yoxdur". "Mən Ukraynanın NATO üzvü olmasını istəyirəm. Gürcüstanın NATO üzvü olmasını istəyirəm", - general əlavə edib.

 

Nihad

0
2362
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar