Müəllimlərin yerdəyişməsində 1448 nəfər uğur qazanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.
AzTehsil.com İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə uğur qazanan namizədlərin sayı 1448 nəfər olub.
Belə ki, onlardan 1350 nəfəri Azərbaycan, 98 nəfəri isə Rus bölməsindən olub. İştirakçıların 1178-i qadın, 270-i isə kişi olub. Namizədlərdən 734 həvəsləndirmə olan yerlərə düşüb, 714-ü isə həvəsləndirmə olmayan yerlərə iş yerini dəyişib.

Mənbə:
0
519
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar