Milli Qəhrəmanın heykəli önündəki səkini kimlər zəbt edib

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin qarşısındakı piyada səkisi avtomobil satışı həyata keçirən şirkət tərəfindən zəbt edilib.

Qlobal.az-a verilən məlumata görə piyada səkisinə edilən müdaxilə "Avto Galery” avtomobil salonu tərəfindən həyatakeçirilib. Belə ki, Milli Qəhrəmanın heykəli istiqamətinə gedən piyada səkisinə "Avto Galery” salonu tərəfindən metalkonstruksiya əlavə olunub. "Avto Galery” bu metal konstruksiya vasitəsiləsalona avtomobil yolu təşkil etdiyi deyilir.

Avtosalonun piyada səkisinə etdiyi müdaxiləşəhərin görkəminə xələl gətirməklə yanaşı, eyni zamanda piyadaların da həyatınıtəhlükə ilə üz-üzə qoyur.

"Nəzərə almaq lazımdır ki, piyada səkiləri ilə hərəkətdə olanların arasındayaşlılar, uşaq arabası ilə hərəkət edənlər, fiziki cəhətdən problemli insanlar da var.Belə adamlar "Avto Galery” salonunun qarşısına çatanda məcburdurlar ki, salonunsəkidə tikdiyi metal konstruksiyaya görə həyatlarını təhlükəyə ataraq maşın yoluilə hərəkət etinlər. Ən acınacaqlı olan isə "Avto Galery” salonunun yaratdığı bueybəcərliyin hər il dünyanın müxtəlif yerlərindən gələn insanlar tərəfindən ziyarətedilən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin önündə başverməsidir. Bəs həmin insanlar bu səhnəni görəndə bizim xalq haqqında nədüşünürlər?!”-deyə məlumatda qeyd edilir.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, İcra Hakimiyyəti heç bir münasibət bildirmədi

Mənbə:
0
831
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar