Türkiyə İrandan Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumuna ən qısa zamanda aydınlıq gətirməsini gözləyir. Bu cinayətin arxasında kimin dayandığını müəyyən etmək vacibdir.Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bunu şənbə günü Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Nazir xatırladıb ki, son zamanlar Azərbaycanın xaricdəki müxtəlif diplomatik nümayəndəliklərinə qarşı terror aktları qeydə alınır."Parisdə iki insident baş verib. Həmçinin Livanda radikal ermənilərin qanunsuz əməlləri qeydə alınıb. Daha bir radikal qrup Azərbaycanın Londondakı səfirliyinin ərazisinə daxil olub. Bu dəfə isə Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilib", - deyə M.Çavuşoğlu bildirib.XİN rəhbəri Tehrandakı hücumun tam mənzərəsinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb və "İran və Azərbaycan arasında səmimi əməkdaşlığa" ümid etdiyini bildirib."Qonşu İrandan bu terror aktının səbəbini və sifarişçilərinin kimin və kimlərin olmasından asılı olmayaraq aydınlıq gətirməsini gözləyirik. Bütün məlumatlar Azərbaycan tərəfinə verilməlidir. Biz bunu vacib hesab edirik. Bu hücumda iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir", - deyə nazir bildirib.M.Çavuşoğlu bir daha vurğulayıb ki, “Azərbaycan heç vaxt tək olmayıb və olmayacaq da!”.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.Metbuat.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanın ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - tvitdə bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Fövqəladə Hallar Nazirliyi İranda baş verən və Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb.Metbuat.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10 km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.
Həmçinin, bəzi kütləvi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.
Türkiyə Superliqasının 21-ci turunda səfərdə “Giresunspor”u 4:0 hesabı ilə məğlub edib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az xəbər verir ki, bununla da “Qalatasaray” liqada ardıcıl 10-cu qələbəsini qazanıb. Bu nəticədən sonra “aslanlar” xalını 48-ə yüksəldib və liderliyini möhkəmlədib. Qələbə həsrəti ilə 5 matç keçirən “Giresunspor”un aktivində isə 21 xal var.Superliqanın növbəti həftəsində “Giresunspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq, “Qalatasaray” isə “Ümraniyespor”u qəbul edəcək.
Türkiyə Superliqasının 21-ci turunda səfərdə “Giresunspor”u 4:0 hesabı ilə məğlub edən “Qalatasaray” liqada ardıcıl 10-cu qələbəsini qazanıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu nəticədən sonra “aslanlar” xalını 48-ə yüksəldib və liderliyini möhkəmlədib. Qələbə həsrəti ilə 5 matç keçirən “Giresunspor”un aktivində isə 21 xal var.Superliqanın növbəti həftəsində “Giresunspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq, “Qalatasaray” isə “Ümraniyespor”u qəbul edəcək.
Vyana Konvensiyasının tələblərinə uyğun olaraq, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. Beynəlxalq hüquq çərçivəsində İran Azərbaycan səfirliyinə hücuma görə məsuliyyət daşıyır və bu terror aktına görə cavab verməlidir.Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Deputat bildirib ki, molla rejiminin hökm sürdüyü İranda dövlətdən iznsiz heç nə baş verə bilməz. Terrorun məkanı olan İranda səfirliyimizin bir əməkdaşının ölümü və digər iki əməkdaşın yaralanması ilə nəticələnən bu hadisə nəinki Azərbaycanda, dünyada böyük hiddət doğurur. Bunu müxtəlif ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin bəyanatları da təsdiq edir.“Səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycan dövləti əleyhinə uzun illər aparılan düşmənçilik təbliğatının nəticəsi kimi qiymətləndirilməlidir. İran dövləti qonşuluq münasibətlərinə uyğun olmayan belə çirkin əməllərindən əl çəkməli, Azərbaycana qarşı təhdidlərə son qoymalıdır. Hadisənin təfərrüatları müəyyən edilməli, təşkilatçılar və iştirakçılar qanun qarşısında cavab verməlidirlər.
Tarixi Qələbəmizi və artan gücümüzü, nüfuzumuzu həzm edə bilməyənlər anlamalıdırlar ki, heç bir qüvvə Azərbaycan dövlətinin haqq işinə mane ola və onu yolundan döndərə bilməz”, - deyə Səbinə Xasayeva vurğulayıb.
"Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə bunu etdi. Amma mən bunu etməyi düşünmürəm".Metbuat.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Elgizlə izlə" verilişində deyib. O, bir neçə gün əvvəl dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva haqqında danışıb. X.Əlizadə bildirib ki, Tünzalə ağır halda ola-ola çəkilişlərə gəlib:<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>"Onun dünyasını dəyişməyini gözləmirdik. Düşünürdüm ki, sağalacaq. Düşünmürdüm dünyasını dəyişə bilər. Çox güclü idi. Çəkilişlərə gələndə ayaqlarında probem yaranmışdı, ötüşdürürdü. Amma səsi də batdı. Səsin batması bir aktyor üçün pis idi. Deyirdi ki, istəyirəm qızımla çox vaxt keçirim, bilmirəm harada qırılacaq. Mənə yazdı, halallıq istədi. O mesajı saxlayacağam".Verilişdə daha sonra Əməkdar artist Dilarə Əliyevanın Tünzalə ilə son yazışması nümayiş olunub. Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa xərçəngdən vəfat edib. 
Gəncə şəhərində zəlzələ olub.Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-aa bildirilib ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Bir neçə saniyə çəkən zəlzələ təxminən 3 bala yaxın olub.
Hər hansısa bir fəsad olmayıb.
Yenidən ailə həyatı quran reper Elşad Xose xanımı ilə birlikdə görüntülənib.Metbuat.az milli.az-a istinadən xəbər verir ki, Elşad xanımı ilə ötən gün Xalq artisti Aygün Kazımovanın doğum günü partisində rəqs edərkən görüntülənib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Həmin kadrları təqdim edirik:Xatırladaq ki, reper 2021-ci ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib. Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.Metbuat.az xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları Laçın-Xankəndi yolundadırlar. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.
Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.
İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir. İran Orxan Əsgərovun meyitini gətirəcək təyyarəyə süni əngəllər törədir.İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir.
Zorlama ittihamı ilə həbs edilən Braziliya millisinin futbolçusu Dani Alves daha bir ağır zərbə alıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Joana Sans ərinin xəyanətini bağışlamayıb.O, futbolçunu əvvəlcə dəstəkləsə də, sonradan fikrini dəyişib. Buna səbəb məhkəmənin təqdim etdiyi sübutlardır.Sans 2017-ci ilə evləndiyi Alveslə paylaşdığı fotolarını, hətta toy rəsmlərini belə “instaqram” səhifəsindən silib.
Alvesi zorlamada ittiham edən qız təzminat almaqdan imtina edib. Futbolçunu 4 ildən 12 ilə qədər həbs gözləyir.
"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".Metbuat.az xəbər verir ki, bunu Macarıstan Prezidenti Katalin Novak tviter hesabında bildirib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - deyə Macarıstan Prezidenti qeyd edib.
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər yayılıb.Metbuat.az xəbər verir ki, Nazpəri Dostəliyeva "Moderator"a xəbəri təsdiqləyib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Zeynəb bacım xəstəxanadadır. Qəfildən bu yeni yayılmış qriplərdən oldu, ona görə də xəstəxanaya yerləşdirdik. Səhhəti pisləşdi deyə xəstəxanaya aparmağa məcbur olduq. İnfeksiya olub, o da bədənini zəhərləyib. Mən bu haqda heç kimə deməmişəm, yəqin ki, eşidib, yaxud görüb yazıblar. Neçə vaxtdır qanıqara halda xəstəxanadayam. Hələ ki, həkim nəzarətindədir, görək onlar nə deyir?! İnşallah ki, yaxşı olar. Çox pis infeksiya və qriplər yayılıb, özünüzü qoruyun. Mən heç özümü qoruya bilmirəm" deyə sənətkar bildirib.
İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.Metbuat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.
Pyotr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.Metbuat.az xəbər verir ki, Pavel NATO Hərbi Komitəsinin keçmiş rəhbəri olub.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
Belə ki, Çexiyanın Baş naziri Petr Fiala ölkədə keçirilən prezident seçkilərində Pavelin qələbəsini təsdiqləyib.
Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.Metbuat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə polkovnik-leytenant Qazıbəyov Eldar Nadir oğlu gətirilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini olub.O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.
Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.
ATƏT-in baş katibi Helqa Maria Şmid Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.Metbuat.az xəbər verir ki, o, bu barədə öz tviter hesabında bildirib. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
O, silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.
Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev söyləyib.
Dövlətimizin başçısı deyib ki, burada bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir. İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır.
Bunun ədalətli olacağını hesab etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>