Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 237 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 917, bu günə qədər isə ümumilikdə 7 483 242 test icra olunub.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin müəllimi, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.

Medicina.az xəbər verir ki, o, yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib.

Məlumata görə, D.Xəlilova uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

Bu barədə Medicina.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomotoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”.

Medicina.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:

“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:

“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.

Həkim hansı fincan qəhvənin artıq ola biləcəyini açıqlayıb

Gündə üç fincandan çox qəhvə içməmək olmaz.

Lent.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.

Həkim Alexander Reznik bildirib ki,yetkin bir insanın 400 mq-dan çox olmayan kofein istehlak etməsi təhlükəsizdir.

Təxminən iki və ya üç stəkandır.

“Süzülmüş qəhvə seçmək vacibdir, çünki süzülməmiş tərkibində pis xolesterin səviyyəsini yüksəldən və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli olan kofestol və kahveol var. Buna görə üçün normaya uyğun olaraq süzülmüş qəhvə faydalıdır”, - deyə həkim bildirib.

O, əlavə edib ki, kofein güclü stimullaşdırıcıdır və əksər insanlar üçün şərti dördüncü fincan qəhvə artıq olacaq.

Bir çox insanlar huşsuzluq, beynin dumanlanması, yuxululuq, eləcə də ürək ritminin pozulması əlamətləri hiss edir.

Bu o deməkdir ki,qaraciyər yüklənib, var gücü ilə işləməyə çalışır.

“Bakupost” xəbər verir ki, qaraciyərin alkoqolsuz piylənməsi zamanı ilkin mərhələdə o ciddi əlamət vermir.

Hepatoloq Alla Yujnova bildirib ki, qaraciyərin piyləndiyini, hətta artıq sirroza keçdiyini göstərən əlamətlərdən biri də

taxikardiya – ürəyin normadan yüksək döyünməsidir. Bu zaman nəbz 100-ü keçir.

İnsanlar bu əlamət olduqda ürəyini yoxladır, çox zaman orda ciddi problem görünmür.

Ümumiyyətlə, çox problemlərdə birinci qaraciyər yoxlanmalıdır.

Qaraciyər piylənməsinin digər əlamətləri:

-Dəridə qaşınma

-Göz bəbəyi saralması

-Ağarmış dırnaqlar

-Barmarların ucları enlənir

-Dabanlar şişir

-Sidik tündləşir

-Yaddaşda problem

-Yeriyəndə sanki yıxılırmış hissi

-Hörümçək toruna bənzər qırmızı kapilyar şəbəkəsi

Əgər bu simptomlardan bir neçəsi varsa, mütləq qaraciyəri dərindən yoxladın”.

AygünMusayeva

1907-ci ildə doğulmuş Mariya Branyas Morera Ginnesin Rekordlar kitabına dünyanın ən yaşlı sakini kimi daxil edilib.

“Medicina” xəbər verir ki, 118 yaşlı fransalı Andrenin yanvarın 17-də ölümündən sonra bu yer boş idi.

Mariya Branyans 2 dünya müharibəsi, 2 pandemiya görüb. Hazırda İspaniyada, Residència Santa María del Tura ahıllar evində yaşayır.

O, 2020-ci ildə kovidə yoluxaraq sağalmış və koronavirusdan sağalan ən uzunömürlü kimi də tibb tarixinə düşmüşdür.

Onun 3 övladı, 11 nəvə, 13 nəticəsi var.

Hazırda özünü yaxşı hiss edir.

Aygün Musayeva

Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının məsləhətçi-professoru – əməkdar müəllim, biologiya elmləri doktoru, professor Arif Mustafa oğlu Əfəndiyevin 80 yaşı tamamolub.

"Medicina" xəbər verir ki. bu münasibətlə ATU-da tədbir keçirilib.

A.M.Əfəndiyev1943-cü ilin yanvar ayının 1-də Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mustafa Məhyəddin oğluixtisasca mühəndis - neftçi idi, keçən əsrin 30-cü illərində Stalin repressiyasının ölkədə tüğyan etdiyi dövrdə əsassız respresiyaya uğradılaraq, kommunist partiyası üzvlüyündən azad edilmiş və çox sevdiyi neft sənayesi əməkdaşlığından ayrılaraq, həyat yoldaşı Səkinə xanımla birgə Şamaxırayonuna köçmüş, bir müddət ailəsi ilə birlikdə Səkinə xanımın baş həkim vəzifəsində işlədiyi Çuxuryurdkəndində yaşamışdır.

Nəhayət, 1946-cı ildə Mustafa Əfəndiyevin günahsızlığı sübuta yetirilmiş və o, yenidən Bakı şəhərinə köçərək, neftçıxarma idarəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

Arif Əfəndiyev ilk təhsilinə 1949-cu ildə Bakı şəhərindəki 6 №-li orta mək¬təbdə başlamışdır və 1959-cü ildə orta məktəbi əla qiymətlərlə bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun (indiki Azərbaycan Tibb Universiteti – ATU) Əczaçılıq fakültəsinə daxil olmuşdur.

A.M.Əfəndiyev tələbəlik illərində əla qiymətlərlə oxumaqla bərabər, elmi-tədqiqatişlərinə də böyük maraq göstərirdi. Buna nəzərə alan institut rəhbərliyi 1964-cü ildəali təhsilini başa vuraraq «əczaçı» ixtisası almış Arif müəllimi elə institutun özündə – bioloji kimya kafedrasında işlə təmin etmək haqqında qərar vermişdir və o, həmin ildən adı çəkilən kafedranın baş laborantı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1966-cı ildə isə aspiranturaya qəbul edilmişdir. Həmin illərdə Arif müəllimkafedrada əvəzçilik üzrə tədris işəlri ilə də məşğul olurdu.1969-cu ildə aspiranturada təhsil müddəti başa çatan A.M.Əfəndiyev Bioloji kimya kafedrasının assistenti vəzifəsinə qəbul edilmişdir.

Qeyd etmək istərdik ki, Arif müəllimin hələ baş laborant vəzifəsində işləyərkən apardığı elmi-tədqiqat işinin nəticələrinə əsasən yazdığı ilk məqaləsi "Azərbaycan Elmlər Akademiyasının Məruzələri" kimi nüfuzlu elmi jurnalda çap edilmişdir. O, aspiranturada təhsil aldığı dövrdə elmi işlərini xronik iltihabi xəstəliklərinmüalicəsində tətbiq edilənpirogen xassəli (qızdırma törədən) dərman vasitələrinin təsir mexanizmlərinin öyrənilməsinə həsr etmiş və 1970-ci ildə «Askorbin turşusu sintez edən (dovşanlar) və sintez etməyən (dəniz donuzları) heyvanlarda pirogenalın C vitamini mübadiləsinə və qan serumununzülal tərkibinə təsiri»mövzusunda dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Arif müəllim 1974-cü ildən kafedranın dosenti vəzifəsinə seçilmiş, 1981-1984-cü illərdəkafedranın müdiri vəzifəsini icra etmişdir.

1984-cü ildə aparılan təhsil islahatı ilə əlaqədarolaraq, bioloji kimya kafedrası üzvi kimya kafedrası iləbirləşdirilmiş və Arif müəllim bundan sonrakı bir neçə il ərzində «Bioüzvi və bioloji kimya» kafedrası adı altındafəaliyyət göstərən kafedranındosenti vəzifəsində çalışmış və kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsini icra etmişdir. Həmin illər ərzində intensiv elmi-tədqiqat işləri aparan Arif müəllim 1986-cı ildə doktorluq dissertasiyası üzərində işini tamamlayaraq, Moskvada SSRİ Tibb Elmləri Akademiyasının ET Qidalanma Institutunun nəzdindəkidissertasiya şurasında müdafiə etmişdir.

Qeyd etmək lazımdır ki, A.M.Əfəndiyevin «Polien antibiotiklərinin böyrəklərdə və qanda prostaqlandin mübadiləsinə, lipidlərin peroksidləşmə yolu ilə oksidləşməsinə və orqanizmin antioksidant sistemi fermentlərininaktivliyinətəsirinin yaş xüsusiyyətləri və onların korreksiya üsulları» mövzusunda doktorluq dissertasiyasının əsas müddəalarını əhatə edən elmi məqalələrin əksəriyyəti xarici ölkələrin nüfuzluelmi jurnallarında çap edilmişdir. O, dəfələrlə müxtəlif ölkələrdə (Yuqoslaviya, Almaniya, Niderland və s.) keçirilən elmi qurultay və konfransların nümayəndəsi olmuşvə dərinməzmunlu elmi məruzələrlə çıxış etmişdir.

Onun elmi məqalələri bir sıra inkişaf etmiş ölkələrin (ABŞ, Ingiltərə, Niderland, Çexiya, Bolqarıstan, Yuqoslaviya və s.) alimlərinin elmi marağına səbəb olmuş, həmin ölkələrdən bu elmi işlərin müştərək davam etdirilməsi haqqında təkliflər alınmışdır və bunun sayəsindəbioloji kimya kafedrası ilə bir sıra xarici ölkələrinnüfuzluelmi mərkəzlərinin əməkdaşlığıbu gün də davam edir.

A.M.Əfəndiyev 1987-ci ildə fəaliyyətini yenidən sərbəst surətdə davametdirən Bioloji kimya kafedrasınınmüdiri vəzifəsinəseçilmişdir və indiyə qədərbu vəzifədəçalışır. O,1989-cu ildə professor elmi adı almışdır. A.M.Əfəndiyev 1988-1990-cı illərdə I müalicə-profilaktika və 1992-1994-cü illərdə əczaçılıqfakültəsinin dekanı vəzifəsində işləmişdir. Arif müəllim Bioloji kimya kafedrasına rəhbərlik etməklə bərabər, həmin kafedranın nəzdindəfəaliyyət göstərən Problem elmi-tədqiqatlaboratoriyasına da rəhbərlik etmişdir.

Hazırda prof. A.M.Əfəndiyevin elmi tədqiqatlarının əsas istiqaməti xronik böyrək çatışmazlığı və müxtəlif mənşəli osteoporozlar zamanı orqanizmdə baş verən dəyişikliklərin biokimyəvi mexanizmlərinin tədqiqinə yönəlmişdir. Bu gün kafedrada çalışan əməkdaşların əksəriyyəti elmi-pedaqoji kadr kimi məhz Arif müəllimin rəhbərliyi ilə yetişən şəxslərdir. Onun rəhbərliyi altında indiyə qədər 33 namizədlik(fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənərək müdafiə edilmişdir.

Arif müəllimin qələmindən 220-dən artıqelmi əsər, o cümlədən dərsliklər, dərs vəsaitləriçıxmışdır. O, daim biokimya fənninin tədrisinin keyfiyyətcə yaxşılaşdırılmasına, tələbələrin yüksək səviyyəli dərsliklər və dərs vəsaitləri ilə təmin edilməsinə çalışır. Arifmüəllim 1974 və 1989-cu illərdə iki dəfəçap edilmiş əsaslı “Bioloji kimya” dərsliyinin, 2002-2010-cü illərdə3 dəfə çapdan çıxmış 4-cildlik «İnsan biokimyasının əsasları» (həmin kitab 2015-2016-cı illərdə yenidən işləni¬lərək 2 cilddə çap edilmişdir), 2007-ci ildə çap edilmiş «Klinik və patoloji biokimya» dərsliklərinin həmmüəlliflərindən biridir.

Bunlardan əlavə, Arif müəllim işlədiyi kafedranın əməkdaşları ilə bi¬likdə Azərbaycan və rus dillərində praktik dərs vəsaitləri, həmçinin21 tədris-metodik vəsait yazıb çap etdirmişdir. O, rəhbərlik etdiyi kafedranın əməkdaşları iləbirgəAzərbaycan Respubikası Prezidenti yanında Elmin Inkişafı Fondunun 2010-cü ildə elanetdiyiilk müsabiqəninqalibiolmuşdur. Bunun sayəsində Elm Fondunun ayırdığıqrant kafedranın müasir tipli analitik aparat¬larla təmin edilməsinə sərf edilmiş vəburada müasir səviyyədə elmi-tədqiqat aparılmasınaşərait yaranmışdır. 2017-ci ildə Biokimyaçıların Türkiyədə keçirilən Beynəlxalq qurultayında Azərbaycanda biokimya fənninin tədrisibarəsində məruzə ilə çıxış edib.

Prof. A.M.Əfəndiyev 2000-ci ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş «Biokimyanın tədrisi» komissiyasının MDB ölkələrindənseçilmişyeganə üzvüdür. O, uzun müddət respublika biokimyaçılar cəmiyyətinin elmi katibi vəzifəsiniyerinə yetirmişdir.

Arif müəllimin fədakar əməyi ölkəmizin dövlət rəhbərliyinin də diqqətindən yayınmamışdır və o, 1984-cü ildə "SSRİ Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmiş, 2010-cü ildə «əməkdar müəlllimi» fəxriadına layiq görülmüşdür.

Arif müəllim elə indi də böyük səyləelmi yaradıcılığını və pedaqoji fəaliyyətinidavam etdirir.

Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ola bilmir.

Bakupost.az xəbər verir ki, terapevt Andrey Ryabkov uzun müddət davam edən qrip ağırlaşmasının səbəbini açıqlayıb.

“Buna səbəb faktorlar xəstəlik zamanı orqanizmin nə dərəcədə intoksikasiyaya məruz qalması və immunitetin vəziyyətidir.

Virus xəstəliyinin uzun müddət tam sağalmaması, gedib qayıtması immunitetin zəifləməsinin əlamətidir.

İnfeksiyanı yüngül, orta və ağır keçirməkdən çox asılıdır.

Yüngül formadan sonra bədənin normal vəziyyətə qayıtması 7-10 gün çəkir. Orda ağırlıqda 10-15 gün, ağır formada 21 gündən 3 aya kimi.

Hətta uzun koviddə olduğu kimi ağır qripdən də bərpa 3-6 ay çəkə bilər.

Xroniki xəstəliyi, immun defisiti olan, ağır çəkili və yaşlı insanlarda postqrippoz ağırlaşmalar, astma, bronxit, ürək işemiyası, sinusit, otit yarana bilər”.

Aygün Musayeva

Sauna, isti hamam, isti vanna qəbul etmək kimi vərdiş kişi fertilliyinə, cinsi orqanlara və toxumasına öldürücü təsir edir.

Bakupost.az xəbər verir ki, bu barədə androloq Hüseyn Sadıkov məlumat verib.

“Sauna xayalara neqativ təsir edir və ikincili kişi sonsuzluğuna səbəb olur.

Belə ki, xayalar üçün optimal temperatur rejimi 34-dərəcədən yuxarı olmamalıdır.

Əgər kişi tez –tez sauna gedirsə, xaya toxumasının vəziyyəti pisləşir, spermin keyfiyyəti azalır, kişi sonsuz ola bilir.

Kişilər ümumiyyətlə, aşağı çanaq hissəni yüksək hərarət, istidən qorumalıdır. Qasıq zonası libidi azaldır, kişi üçün vacib hormon olan testosteronun sintezi düşür. Bu gedişatla sauna, hamam, isti vanna, isti masaja gedən kişilərdə zamanla erektil disfunksiya yaranır.

Saunaya ayda 1-2 dəfə getmək olar. Hamam isə qaynar, buxarlı olmamalıdır. Suyun hərarəti 40 dərəcəni keçməməlidir”.

Aygün Musayeva

Səhiyyə Nazirliyinin keçmiş baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin eks direktoru Sevinc Məmmədova TƏBİB-də yeni vəzifəyə təyinat alıb.

"Medicina" xəbər verir ki,Sevinc Məmmədova TƏBİB-in Ana və uşaq sağlamlığı üzrə şöbəsinin müdiri təyin edilib.

Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən 10-u uşaq olmaqla ən azı 18 nəfər ölüb.

"Medicina" xəbər verir ki,xəstələrdə görülən tənəffüs çatışmazlığına həmin şəhərdə havada olan neft məhsulları, qatqı yanacaq və dəmir fabriklərindən çıxan “zəhərli qazların” səbəb olduğunu düşünürlər.

Bu səbəbdən3 fabrik bağlanıb, 4 nəfər saxlanılıb.

Sözügedən qaz və digər kimyəvi maddələr araşdırılır.

Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlayıb.

“Medicina” xəbər verir ki, beyində gedən neyroiltihab depressiv halların və təşviş pozuntusunun səbəblərindən birincisidir.

Dietoloq Mizail Qinzburq bu iltihabın səbəbkarı kimi qidalanmanı irəli sürür.

Neyroiltihab şəkər, şəkər tərkibli qidalar, yüksək qlikemik indeksli qidalar – düyü, ağ çörək, kartof və un məmulatları nəticəsində yaranır.

Dietoloq həmçinin transyağlara ehtiyatla yanaşmağı tövsiyə edib, çünki bu yağlar baş beyində damarları tıxayır, qan dövranını pozur, belə halda beyindən qaynaqlanan depressiv hallar baş verir.

Həkim bununla yanaşı turş süd, qatıq məhsulları, müsli, yarmaların ən yaxşı qida olduğunu bildirib.

Şirniyyat əvəzinə alma, meyvə yeyin. Eləcə də tərəvəz salatlarını tam taxıldan qara çörəklə gündə 2 dəfə yeyə bilərsiz.

Depressiyada olanların əhvalını qaldırmaq üçün şirniyyat yeməsi səhv fikirdir.

Aygün Musayeva

Masallıda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.

Medicina.az xəbər verir ki, rayonun Köhnə Alvadısakinləri - 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: səkkiz yaşlı Rəsul, altı yaşlı Nuray, dörd yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafidir.

Hadisə ilə bağlı araşdırılma aparılır

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda həlak olan mühafizəçi tanınmış həkimin oğludur

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Gəncədə tanınmış səhiyyə işçisidir.

""Medicina" xəbər verir ki, ataRizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

Orxan Əsgərov evli olub, 2 övladı var.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Həkim Aleksandr Myasnikov hava damcı yolu ilə keçən qızılca xəstəliyindən danışıb.

Lent.az Rusiya mətbuata istinadən xəbər verir ki, bu, çox tez yayılan ən ciddi xəstəlikdir.

Həkimin sözlərinə görə, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır:

“Qızılca tutan şəxsin qaldığı otaq hər iki saatdan bir havalandırılmalıdır. Qızılca xəstəliyi bir çox fəsadların yaranmasına səbəb ola bilər. Nəticədə həmin şəxsin əlil qalması da mümkündür”.

Hazırda onurğanın degenerativ xəstəlikləri içində birinci yeri boyun problemləri tutur.

Xəstəlik gənc yaşlardan başlayır, tədricən gedir və onurğanın fəqərələrini tükədir.

Boyun ostexondrozu ona görə problem yaradır ki, o başı saxlayır, beyini qidalandırır.

O, baş beynin qan dövranını pozur, sinir sistemini geri salır. Baş beyinə qan getmirsə, beyin orqanizmə düzgün siqnallar göndərmir.

“Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim, manual terapevt Aleksandr Şişonin boyun ostexondrozu və yırtığının bilmədiyimiz fəsadlarından danışıb.

“Boyun bədənin həyatına yoldur, qapıdır, çünki beyinlə bədəni o birləşdirir. Boyunda ostexondroz hətta hormonal pozuntu belə yarada bilər.

Komputer və telefonlar yaranandan bu xəstəlik sürətlə gəncləşir.

Şəhər insanı saatlarla maşında, ofisdə əyləşir, boyun əzələləri gərgindir, fəqərələr sıxılıb.

Boyundan keçən əsas onurğa arteriyaları sıxılır.

Bizim boynumuz və ətraf əzələləri stress zamanı yığılır, spazm verir.

Beyin kökünü qidalandıran damarlar boyun onurğa sütunu içindən keçir. Bu həyati vacib damardır.

Ona görə hərəkətsiz boyun çox təhlükəlidir. Anatomik olaraq boyun ən çətin hissədir, ordan çoxlu damar, sinirmərkəzi keçir, əzələ korseti də ən çətinidir.

Boyun qədər çətin orqan, əzələ yoxdur. Orda dil, eşitmə, burun, gözlər, bütün hiss orqanları ordadır.

Boyunda olan spazm fəqərələrin stabilliyini pozur. Nəticədə beyin oksigen aclığı keçirir, hipotalamus ac qalır, xroniki oksigen çatışmazlığı beynin işini pozur. Müasir tibb boyunun bu rolunu ciddi nəzərə almır, müalicə metodları da zəifdir.

Məsələn, dopler həkimi boyun damarlarını yoxlayıb, rəy yazır ki, damarlar yaş dəyişikliklərinə uyğundur. Bu nə deməkdir? Yəni onların pozulması baş verib, barışmaq lazımdır?

Halbuki boyun damarları heç bir yaşda fərqli olmamalıdır. Təzyiqin, şəkərin birinci səbəbi 90% hallarda elə boyundandır. Həkimlər hər yeri yoxlayır, müalicə edir, boyundan başqa. Ona görə xəstələr illərlə dərmandan asılı qalır”.

Aygün Musayeva

Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrılardır.

Bakupost.az xəbər verir ki,məşhur həkim Aleksandr Myasnikov bel ağrılarını fərqləndirməyin yollarını danışıb.

Əgər ağrı əzələ mənşəlidirsə, adi analgetiklər, ağrıkəsicilər təsir etməyəcək.

Bu ağrılara spazm əleyhinə dərmanlar və xüsusi idman, masaj lazımdır.

Eləcə də çox insanlar bel, kürək ağrısı stress, həssaslıq, nevroz səbəbindən ola bilər.

Çünki bu adamlarda bədən daim sinir gərginliyi vəziyyətində olur, qan damarları sıxılır, təzyiq oynayır.

Belə ağrı boynun arxasından, kürəkdə nəbzvari vuran formada olur.

Digər ən çox rast gəlinən ağrı onurğa fəqərələri yırtığındandır. Bu ağrı adətən insan uzandıqda, yatdıqda hiss olunur.

Eləcə də getməyən, iynə dərmana tabe olmayan ağrı daxili orqanların patologiyasından ola bilər. Bu zaman yanaşı orqanlar MRT, KT olunmalıdır. Beldə davamlı ağrı 50 yaşdan yuxarı qadınlarda sümük əriməsi ilə də əlaqəlidir”.

Aygün Musayeva

BakuPost

Rusiyanın Kamensk-Ural vilayətində təcili tibbi yardım tarixində bir ilk yaşanıb.

“Medicina”xəbər verir ki, feldşerlər Ruslan Yarulin və Marina Novokreşenova yaşlı xəstə üzərinə çağırışa gediblər. Onlar pasiyentdə infartk aşkarlayıb, onu təcili yardıma daşımaq istəyərkən, sürücü də onlara kömək edib.

Uzun illərdir təcili yardımda işləyənsürücü xərəyi daşıdığı yerdə özünü pis hiss edib və başıgicəllənib.

Daha sonra huşu itən kişinin nəbzi dayanıb.

Həkimlər dərhal ona ilkin yardım göstərməyə çalışıb

Kliniki ölüm keçirən sürücü defibrilyatorla həyata qaytarılıb. 15 dəqiqə sonra o xəstəxanaya yerləşdirilib. Kişinin huşu yerinə gəlib.

Aygün Musayeva

Tibbi arayışların qiymətinin baha olması ilə bağlı səsləndirilən iddialara cavab verilib.

"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə.Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.

Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.

Bildirilib ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir:

"Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər İcbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.

Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.

Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur.

Məqsədimiz vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir. Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.

Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.

Arayışlar 1 ay müddətində etibarlıdır. Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur.

Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib" - açıqlamada qeyd edilib.

Qeyd edək ki, deputat Məlahət İbrahimqızı ötən gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında sağlamlıq arayışının qiymətinin baha olması məsələsinə toxunub:

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq”.

Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 vacib preparatı da daxil edir.

“Medicina” xəbər verir ki, bura korvalol, yod, aspirin də əlavə edilib.

Dövlət reyestrinə hökumət rəsmiləri 2023-cü ildə defisit olması riski olan 100 dərmanı və tibbi vasitəni daxil edib.

Siyahı 2022-ci ildən, Ukrayna ilə müharibə başlayandan Səhiyyə Nazirliyi səviyyəsində hazırlanmağa başlayıb.

Məqsəd vacib dərmanların defisitinin vaxtında qarşısını almaqdır.

Komissiya defisit olan maddələr, preparatların müvəqqəti olaraq ölkəyə başqa adda, qablaşdırmada və qeydiyyat olmadan gətirilməsinə icazə verəcək.

Məsələn, siyahıda ipuprofen, parasetamol, aspirin, prednizalon, bəzi vacib uşaq vaksinləri, lidokain, antibiotiklər, yod, korvalol, sakitləşdirici damcılar, nanə cövhər və s. var.

Bununla bağlı Duma qanuna da dəyişiklik edib, defisit zamanı əcnəbi dərman preparatlatının başqa qablaşdırmada, fərqli adda ölkəyə gətirilməsinə icazə verib.

Hazırda Moskvada zob xəstələri üçün vacib olan L trioksin, Eutirosk və revmatizm dərmanları çatışmır.

Aygün Musayeva