MDU-da magistratura səviyyəsində 13 qrup üzrə 26 imtahan keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
Universitetdən bildirilib ki, ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 tələbənin 222 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən imtahanlarda cəmi 4 tələbə 1 fəndən "qeyri-kafi” qiymət alıb, 7 tələbə isə imtahanlarda iştirak etməyib. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 13 qrup üzrə ümumilikdə 26 imtahan keçirilib. Magistrantların imtahanlarında 100 faiz iştirakçılıq və müvəffəqiyyət səviyyəsi qeydə alınıb.
Universitetdə imtahan sessiyası 5 iyul tarixinədək davam edəcək.

Mənbə:
0
588
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar