KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən ciddi narahat olduqlarını bildirib.

Bu barədə təşkilatın saytındakı açıqlamada qeyd olunub.

“Bölgədəki gərginliyin artması ciddi narahatlığımıza səbəb olur, bu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 Noyabr 2020-ci il tarixli bəyanatında təsbit edilmiş üçtərəfli formatlı razılaşmaların həyata keçirilməsinə mənfi təsir göstərə bilər”, - KTMT-nin yaydığı açıqlamada vurğulanır.

Stanislav Zas həmçinin güc tətbiqinin qəbuledilməz olduğunu qeyd edərək Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışladığını açıqlayıb./oxu.az

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar