Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə start verilib (VİDEO)


    ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysinin klinik testlərinin keçirilməsinə icazə verib. Bundan əlavə olaraq artıq bir neçə pasient bu məsələdə xüsusi əməliyyatdan da keçib. Keçirilmiş əməliyyat çərçivəsində həmin pasientlərin beyinlərinə xüsusi sensor inteqrasiya edilib və həmin sensor fikir gücü vasitəsilə kompüterlə qarşılıqlı əlaqədə olmağa imkan verir. Şirkət özünün neyrointerfeysinin imkanlarını sərgiləyən videonu təqdim edib. Onun beyin-kompüter interfeysi Stentrode adlanır.


    İflic olmuş şəxslər onun köməyi ilə fikir gücü sayəsində kompüteri idarə edə bilərlər. Belə ki, pasient fikir gücü sayəsində kompüterdəki mouse işarəsini hərəkət etdirə bilər. Bu üsul ilə pasientlərdən biri messencer vasitəsilə ünsiyyət yaratmağı, elektron poçtla qarşılıqlı əlaqədə olmağı və online mağazalarda alış-veriş etməyi öyrənib. Synchron şirkətinin təmsilçiləri bildiriblər ki, xüsusi beyin implantının beyinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş əməliyyat 2 saat ərzində keçirilir.

    Bunun üçün boyunun aşağı hissəsində yerləşən qan damarından istifadə olunur. Gözləntilərə əsasən şirkətin bu məhsulunun final versiyası yaxın 3-5 il ərzində bazarda təqdim olunacaq. Sözügedən beyin neyrointerfeysinin satışa çıxarılmasından öncə Synchron şirkəti onun tam təhlükəsiz olduğunu sübut etməlidir. Qeyd etmək lazımdır ki, Elon Musk-ın Neuralink adlı şirkəti də buna bənzər layihə üzərində çalışır. Lakin Neuralink hələ ki, öz beyin çipini yalnız heyvanlar üzərində test edib.

Mənbə:
0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar