Kaspersky: "No More Ransom" təşəbbüsü sayəsində istifadəçilər $900 milyondan daha çox pulu fidyə proqramlarından qoruya biliblər

Fidyə troyanları ilə mübarizəni hədəfləyən və Kaspersky tərəfindən dəstəklənən No More Ransom təşəbbüsü sayəsində beş il ərzində 900 milyon ABŞ dollarından çox pulun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb. Layihə hazırda faylların deşifrəsi üçün 121 utiliti özündə birləşdirən bir veb-portaldan ibarətdir. Layihənin saytında təqdim olunan alətlər 150 müxtəlif fidyə proqramı ailəsi ilə uğurla mübarizə aparır. Beş il ərzində o, istifadəçilər tərəfindən 6 milyon dəfədən çox yüklənib.

Fidyə prqramları istifadəçilərin cihazlarında saxlanılan məlumatları oxunmaz hala gətirir, bundan sonra isə onların yenidən bərpası üçün pul tələb edir. Bu cür hücumlarla həm fərdi istifadəçilər, həm də təşkilatlar qarşılaşır. Üstəlik, son zamanlarda təcavüzkarlar təkcə faylların məhv edilməsi ilə deyil, həm də ələ keçirdikləri gizli məlumatları ictimaiyyətə açıqlanması ilə hədələyirlər.

Bu zərəli proqramla mübarizə təşəbbüsü 2016-cı ildə Avropol, Niderland polisi, Kaspersky və McAfee tərəfindən başladılıb. Beş il ərzində onun iştirakçılarının sayı artaraq 170-ə çatıb.

Xatırladaq ki, 2020-ci ilin yekunlarına əsasən Azərbaycanda ev istifadəçilərinin 11%-i və korporativ istifadəçilərin 7%-i internetdə yoluxma riskinə məruz qalıb; üstəlik, daha çox bank troyanları tərəfindən edilən hücumlar qeydə alınıb.

“Beş il ərzində bu qədər insana öz məlumatlarını fidyə ödəmədən qaytarmağa kömək edə bildiyimizə görə şadıq. Daha çox insana yardım etmək üçün kiber təhlükəsizlik sahəsindəki tərəfdaşlarımız və hüquq-mühafizə orqanları ilə birgə şifrələmə proqramlarına qarşı mübarizəmizi davam etdiririk,” deyə Kaspersky-nin Rusiya araşdırma mərkəzinin rəhbəri Mariya Namestnikova bildirib.

Bu cür proqramlardan qorunmaq üçün Kaspersky tövsiyə edir:

- insident zamanı məlumatları bərpa edə bilmək üçün müntəzəm olaraq onların ehtiyat nüsxəsini yaradın;

- zəiflikləri və düzəliş quraşdırmalarını avtomatik aşkarlayan alətlər tətbiq edin;

- bütün cihazlardakı tətbiqləri və əməliyyat sistemlərini vaxtında yeniləyin;

- çoxqatlı effektiv qorumadan istifadə edin; şəxsi cihazlar üçün Kaspersky Total Security həlli uyğundur

Fidyə troyanları qarşı mübarizə haqqında daha ətraflı nomoreransom.org saytından öyrənə bilərsiniz.

Mənbə:
0
160
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar