İstanbul polisi meşələrdə yoxlamalara başladı

İstanbul Polis İdarəsinin heyəti meşə yanğınlarına qarşı ağaclıq ərazilərdə qabaqlayıcı mübarizə tədbirlərinə başlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, polis qrupları Maltəpə Başıböyük Meşəsində yoxlama həyata keçiriblər.

Meşədə Xüsusi Hərəkat Şöbə Müdirliyi, Altı Polis Qrupu və Qabaqlayıcı Xidmətlər Şöbə Müdirliyinin tabeliyindəki qruplar axtarış, yoxlanış və təhlükəsizlik tədbirləri icra ediblər.

Prosesə axtarış-xilasetmə və iz təqibi itləri də cəlb olunub.

Helikopter dəstəyi ilə aparılan çalışmalarda hər hansı hadisə olacağı təqdirdə ani müdaxilə üçün heyətin hazır gözlədiyi bildirilib.

Mənbə:
0
148
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar