İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəliş və inkişaf ali dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün Qarabağın və Şərqi Zəngəzurun dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına reinteqrasiya etməsi yolunda atılan cəsarətli və elmi əsaslandırılmış addımlar ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş əraziləri ən yüksək dünya standartları səviyyəsinə qaldırmaq barədə, hər bir azərbaycanlının ürəyindən olan arzusunun tezliklə həqiqətə çevriləcəyini göstərir. Hər kəs bu işə öz töhfəsini verməli, əmək və intellektini bu istiqamətə yönəltməlidir.
Böyük Zəfərdən sonra keçən iki ildən artıq bir dövr ərzində Qarabağın və Şərqi Zəngəzurun inkişafının istehsal və resurs potensialının daha dərin və hərtərəfli tədqiqi zəruriliyi gündəlikdədir. Bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gördüyü işlər təqdirəlayiqdir. Bu yaxınlarda geniş təqdimatı keçirilmiş “Şuşa -270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab, həmin agentliyin maliyyə yardımı ilə hazırlanmışdır.
Layihənin icra edənlər Azərbaycan İqtisadçılar İttifaqı İctimai Birliyi Qeyri-Hökumət təşkilatının sədri, layihənin eksperti akademik Ziyad Səmədzadə, layihənin rəhbəri Aytən Səmədzadə, ekspertlər İlham Əhmədov və Rəsul Balayev tərəfindən, ilk növbədə Şuşa şəhərinin demoqrafik inkişafı, etnik tərkibi hərtərəfli tədqiq olunmuşdur. Ermənilərin əsassız iddialarının şahidi olan tarixi dövrlər obyektiv faktlar bazasında araşdırılmışdır. 270 il ərzində Şuşanın həmişə Azərbaycan şəhəri olduğu, işğal dövründə belə öz simasını saxladığı göstərilmişdir.
Sovet dövründə (1920-1960-cı illər) Şuşa ilə, habelə Qarabağla bağlı ermənilərin əsassız iddialırına qarşı görülən işlər işıqlandırılmış, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, vətənpərvərliyi, qətiyyəti nəticəsində Şuşanın inkişafında açılan yeni mərhələ bir daha oxucuların diqqətinə çatdırılmışdır. 1970-1980-ci illərdə Dağlıq Qarabağın Azərbaycanın inkişaf edən bölgələrindən biri olduğu faktlar əsasında göstərilmişdir. Tamamilə haqlı olaraq qeyd olunur ki, yalnız Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifədən uzaqlaşdırılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək ermənilər XX əsrin 80-ci illərinin ikinci yarısında Azərbaycana qarşı yenidən ərazi iddialarına başlamış, Şuşada və digər yerlərdə qırğınlar və soyqırımlar törətmişlər.
Bu gün ölkəmizin ekofəalları, bir sıra icrimai təşkilatlarının gənc nümayəndələri ermənilərin Qarabağda ətraf mühitə vurduğu ziyanın, milli sərvətlərimizin talanmasını və onun törətdiyi ekoloji fəsadları dünyanın diqqətinə çatdırırlar. Təqdim olunan əsərdə erməni vandalizminin işğal olunmuş ərazilərdə törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması barədə əsaslı təkliflər irəli sürülmüşdür.
Kitabda Şuşanın tarixi, iqtisadiyyatı, şəhərsalma və kənd təsərrüfatı ənənələri araşdırılmış, aşkar edilən dəyərli faktlar ümumiləşdirilmişdir. Milli şəhərsalma tarixində Şuşa şəhərinin yeri və rolu haqlı olaraq yüksək qiymətləndirilmişdir. Şuşa şəhərinin Böyük Zəfərdən sonra hazırlanmış Baş planının həyata keçirilməsi sayəsində təbii unikallığın, zəngin tarixi irsin, tarixi ədalətin və sivil müasirliyin üzvi vəhdətini təmin edəcəyinə əminlik bildirilmişdir.
Böyük Zəfərdən sonra Şuşanın tarixi şöhrətinin bərpası istiqamətində görülən genişmiqyaslı tədbirlər səciyyələndirilmişdir. Şuşanın iqtisadi həyatının dünəni, bu günü və sabahı barədə elmi araşdırmalar xüsusi maraq doğurur. Şuşanın zəngin maarifçilik ənənələrinin qorunması “Böyük Qayıdış”ın istiqamətlərindən biri kimi tədqiq olunmuş, Şuşada təhsilin perspektivlərinə münasibət bildirilmişdir.
Mədəniyyətimizin və musiqimizin beşiyi olan Şuşa şəhərinin Azərbaycanın mənəvi zənginliyinə verdiyi töhfələr barədə geniş məlumat verilmişdir. Kitabda mədəniyyət iqtisadiyyatı və onun inkişafı prioritetləri barədə maraqlı fikirlər vardır. Qeyd olunur ki, mədəniyyət iqtisadiyyatı barədə düşüncələrin, müzakirə və araşdırmaların Şuşanın gələcəyi üçün mühüm əhəmiyyəti olacağına şübhə yoxdur. Layihə müəllifləri hesab edirlər ki, bu gün, qloballaşma proseslərinin arzuolunmaz dərəcədə intensivləşdiyi bir vaxtda mədəniyyətin iqtisadiyyatı problemlərinin daha geniş tədqiqinə ehtiyac daha böyükdür.
Şuşanın maddi-mədəni irsinin qorunması və inkişafında Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlər olduqca mühüm və hərtərəflidir. Gənclərin formalaşmasında, onların vətənpərvərlik tərbiyəsində mədəniyyətin və incəsənətin rolu əvəzsizdir. Şuşanı və digər torpalarımızı, dünya hərb tarixinə yeni səhifələr yazaraq erməni işğalından azad edən gənclərimizin vətənpərvərlik tərbiyəsi, Ümummilli lider Heydər Əliyevin ideyalarının son iki onillikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradıcılıqla reallaşdırılan siyasi, iqtisadi və mədəni siyasətin məhsuludur. Bu baxımdan milli mədəniyyətin, incəsənətin bütün sahələrində inkişafı himayə edən Heydər Əliyev Fondunun və onun rəhbəri, birinci vitse prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri istisnasız olaraq qəbul olunur.
Şuşa və işğaldan azad edilmiş ərazilərimizin rəqəmsal texnologiyaların tətbiqi baxımından nümunəvi ərazilərə çevrilməsi üçün görülən işlər ən müasir tələblər səviyyəsindədir. Burada istehsal və xidmət sahələrinin, o cümlədən təhsilin, elmin, turizmin və bir sıra digər sahələrin inkişafının yeni keyfiyyət səviyyəsinin etibarlı təməli qoyulur. Haqqında danışdığımız “Şuşa -270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitabda qeyd olunan məsələlərə elmi əsaslandırılmış münasibət göstərilmiş, dayanıqlı sosial –iqtisadi inkişafın prioritetləri müəyyən edilmiş və onların reallaşdırılması barədə təkliflər əsaslandırılmışdır.
Hesab edirik ki, Şuşa barədə bu dəyəli kitabın yaxın gələcəkdə ingilis və rus dillərinə tərcüməsi məqsədəuyğundur.
Nigar Quliyeva
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını tamamlamışdır.
Layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə, layihə ekspertləri- Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, prof. Rəsul Balayev, dosent İlham Əhmədov olmuşlar.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Ötən müddət ərzində layihənin icra planına əsasən Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri haqqında xeyli arxiv materialı araşdırılmış, istiqamətlər üzrə sistemləşdirilmiş, elmi və statistik mənbələr araşdırılmışdır.
Layihə çərçivəsində həmçinin, Şuşa rayonunun kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili, energetika, rabitə, İKT, ağıllı texnologiyaların tətbiqi perspektivləri araşdırılmışdır. Araşdırmaların nəticəsi "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı xüsusi kitab halında nəşr edilmişdir. Kitabda tədqiqat materialları ilə yanaşı Şuşanın dünənini, bu gününü əks etdirən xeyli fotoşəkillər də verilmişdir.
Kitabda həmçinin Şuşanın gələcək inkişafı barədə təklif və tövsiyələr də verilmişdir. Şuşanın kurort imkanlarının araşdırılması, beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə də bağlı təkliflər kitabda verilmişdir.
Layihənin yekun mərhələsində Şuşa 1 saylı məktəbdə "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab ictimaiyyətə təqdim edilmişdir. Tədbirdə Şuşa rayon icra hakimiyyətinin baçşısı Bayram Səfərov, icra başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, Şuşa rayonunun ziyalıları, alimlər və mətbuat nümayəndələri iştirak etmişlər.
Layihənin gedişatı mütəmadi olaraq “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin orqanı olan “İqtisadiyyat” qəzetində və digər KİV-də, agentliyin Feysbuk səhifəsində, saytlarda mütəmadi olaraq dərc edilmişdir.
Yeganə Məmmədova
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları İsveçrədə nümayişə çıxarılıb.
Qızıl sikkə kolleksiyaları İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənir. Milli pavilyonda, həmçinin xüsusi geyimlər, xalçaçılıq və ipəkçilik sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, müxtəlif arxeoloji tapıntılar, qədim sənət növlərinə məxsus alətlər, o cümlədən dulusçuluq nümunələri nümayiş olunur.
Azərbaycan qızılları yarışları izləyən İsveçrə vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Pavilyonu ziyarət edənlərə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan” qızıl sikkə kolleksiyaları ilə bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, sərgi 29 yanvar tarixinədək davan edəcək.