"Qarabağ"ın yaşamasında böyük xidmətləri olan Adil Nadirovun ölümündən 5 il ötür.

Nadirov ağdamlılar üçün önəmli fiqur olub. O, bu komandanın şərəfin futbolçu kimi qoruyub, baş məşqçi kimi rəhbərlik edib.

1987-ci ildə yenidən təsis etdiyi klubda uzun müddət əsas söz sahibi olub.

Müharibə illərində və onda sonrakı çətin günlərdə komandanın ayaqda qalması üçün şəxsi imkanlarını xərcləyib. Hətta öz maşınını satan "Qarabağ" fədaisi klubun yaşaması üçün neçə-neçə imkanlı şəxslərin qapısına gedib.

Bugünkü "Qarabağ"a görə azarkeşlər ilk öncə ona borcludur. Özünə 2018-ci ilin 28 yanvar tarixinə kimi sevimli komandasının xoş günlərini görmək qismət oldu.

Məhz 5 il əvvəl bu gün sabiq klub rəhbəri əbədiyyən gözlərini dünyaya yumdu.

İl dönümündə oğlu Kamil Nadirov atası ilə bağlı sosial şəbəkə hesabından post paylaşıb.

Hazırda "Qarabağ"da işləyən Kamil bəy postunda atasına rəhmət diləməklə bərabər, kimlərinsə bostanına daş atmağı da unutmayıb.

Daşın kimlərə tuşlandığını dəqiqləşdirə bilməsək də, yazılanları olduğu kimi sizə təqdim edirik:

"Sənin çörəyini yeyən şərəfsizlər bu gün sənin qədrini bilmir, ata. Amma hər şey öz yerini alacaq. Allah sənə rəhmət eləsin, "Qarabağ" futbol klubunu yaradan kişi".

XANOĞLAN / SPORTİNFO.AZ

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" cərimələnib.

Sportinfo.az xəbər verir ki, buna azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.

Belçika Futbol Federasiyası fanatların qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsinə görə "Gent"i 1500 avro cərimələyib.

Bundan başqa, “Gent”ə şərti cəza verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

"Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması 24-də Belçikada oynanılacaq.

İngiltərə Premyer Liqasının sabiq hakimi, Misirin Hakimlər Komitəsinin sədri Mark Klattenburq cinsi oriyentasiyası ilə bağlı yayılan söz-söhbətlərə görə ölkəni tərk edib.

Sportinfo.az xəbər verir ki, Misirin “Zəmələk” klubunun prezidenti Mortada Mansur hakimlər komitəsinin sədrinin fəaliyyətini tənqid edib.

O, həmçinin iddia edib ki, ingilis hakim homoseksual münasibətlər naminə həyat yoldaşından ayrılıb.

Bundan sonra ona qarşı təzyiqlər başlayıb. Klattenburq “Zəmələk” fanatlarının təhdidləri fonunda təhlükəsizliyindən qorxduğu üçün istefa verib və ölkəni tərk etmək qərarına gəlib.

Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Bu, 2022/23 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından dalana dirənmiş sülh danışıqlarında yenidən canlanma var.

Yeni dinamika iki ölkə rəhbərinin son bəyanatları, habelə ABŞ və Avropa İttifaqının 2023-cü ilin əvvəlindən yenidən fəallaşması ilə bağlıdır.

Misal üçün, Paşinyan yanvarın 18-də parlamentdəki çıxışında bəyan edib ki, İrəvan Praqa razılaşmaları əsasında sülh müqaviləsinin imzalanması istiqamətində işləməyə hazırdır. Baş nazirin sözlərinə görə, regional sabitliyi təmin etməyin ən yaxşı yolu danışıqlar vasitəsilə həllərə nail olmaqdır. “Biz danışıqları davam etdirməyə hazırıq”, - deyə o, çıxışında qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev də Davos İqtisadi Forumunda bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə aparılan sülh danışıqlarını davam etdirməyə hazırdır.

Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal isə erməni mediasına deyib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi” ifadəsi yanlışdır, çünki bu, yalnız çərçivə sazişidir, burada ümumi sözlər, bəlkə də bir səhifə mətn yazılacaq, o da danışıqlar üçün əsas olacaq. Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır: “Hazırda pərdə arxasında danışıqlar gedir və bu barədə məlumat azdır. Əlbəttə, Qərbdən Laçın yolunun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının Qarabağ ermənilərinə və ilk növbədə Rusiyaya qarşı tələblərinin nədən ibarət olacağından asılıdır. Azərbaycan yolun rejiminin müəyyən olunması və daşınan yüklərin şəffaf olmasını tələb edir. Düşünürəm ki, bu məsələni həll etmək olar, amma Əliyevin müxtəlif məsələlərlə bağlı daha tələbkar gündəmi var: Yəni Qarabağ heç vaxt müstəqil dövlət olmayacaq, 2020-ci ildə baş vermiş 44 günlük müharibə ilə artıq bu məsələ bağlanıb, ATƏT-in Minsk Qrupunun missiyasına da ehtiyac yoxdur”.

Təhlilçi xatırladır ki, Avropa İttifaqı bu çərçivədə anlaşma mümkün olarsa, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik təminatlarının müzakirə olunmasını istəyir. “Yəni Bakının zəmanəti ilə Rusiya sülhməramlılarının beynəlxalq mandatlı missiya ilə əvəzlənməsindən söhbət gedir. Ancaq hazırkı vəziyyətdə bu mümkün deyil, çünki atmosfer yoxdur, çərçivə razılaşması ancaq tərəflərin xoş niyyət ifadə etməsi şəraitində mümkündür. Bundan əlavə, Dağlıq Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi də mürəkkəb məsələdir. Beynəlxalq missiyanın bölgəyə gəlməsi problemin məntiqi həllidir, lakin mən hazırda resursları görmürəm və rəsmi Bakı da bunu istəmir”, - Tomas de Vaal vurğulayıb.

Proseslərin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, ABŞ və Avropa İttifaqı Azərbaycanı danışıqlar masasına qaytarmağa nail olub. Bunu təsdiqləyən nüans ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbətidir. Blinken Laçın dəhlizini dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırıb - Dövlət Departamentinin sözçüsü Ned Prays belə deyib. Blinken “Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb”, -Dövlət Departamentinin məlumatında deyilir. “Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”, - Prays bunu da qeyd edib.

Öz növbəsində Azərbaycan tərəfinin məlumatında bildirilir ki, Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir. Əliyev vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci il istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Prezident Əliyev ölkəmizin sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Prezident Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu zəngdən bəllidir ki, Bakı danışıqlara hazırdır. Əslində böyük bir məsafə də artıq qət edilib: tərəflər arasında ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək barədə prinsipial fikir ayrılığı yoxdur. Əsas məsələ Qarabağ probleminin necə həll olunacağıdır. Ermənistan Almatı Bəyannaməsinə istinad etməklə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul edir, amma bu, problemin həlli deyil. Çünki Qarabağ İrəvanın deyil, Moskvanın əlindədir, Azərbaycan Ermənistanla sülh bağladıqdan sonra separatçı rejimlə Moskvanın müqavimətini qırmaq üzərində işləməlidir. Bəs qarşıdakı aylarda liderlərin bir araya gəlməsi üçün perspektiv görünürmü? Hazırda həvəssiz kimi görünən tərəflərin mövqeyi konsensusa gəlməyə imkan vermir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ötən ilin sonunda sülh danışıqlarının nəticəsi olacağı proqnozlaşdırılırdı, lakin qarşı tərəfin siyasəti ucbatından mümkün olmadı. Partiya sədrinin sözlərinə görə, yeni ildən bir hərəkətlilik müşahidə olunur, amma yenə də proqnoz verməkdə çətinlik çəkir: “Çünki danışıqların növbəti dəfə nəticəsiz qalacağı barədə qənaətim var. Əvvəla, Rusiya Qərb masasında sülh danışıqlarının başa çatmasında maraqlı deyil, eləcə də Ermənistan yaxın müddətdə razılaşma əldə olunmasını istəmir. Baxmayaraq ki, İrəvandan pozitiv açıqlamalar gəlir, sadəcə, bir-birinə zidd bəyanatlar da verilir. Bu mənada yekun addımlar yaxın zamanda olmayacaq”. A.Əlizadənin fikrincə, hər halda, tərəflər Qərb platformasında danışıqlarda daha çox maraqlıdırlar, lakin Rusiyanın təsirləri mövcuddur, ona görə problemlər qalır.

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, Qərb masasının qurulması perspektivi görünməkdədir: “Avropa dövlətləri Rusiyanın formal,aşdırdığı platformaya etibar etmirlər və Moskvanın vasitəçiliyi ilə sülh quruculuğu istəmirlər. Amma Paşinyanın çıxışları da ziddiyyətlidir. Çünki Ermənistan Avropa İttifaqının mülki missiyasını sərhədə yerləşdirir, rəsmi sənəd ortaya qoymadan bu monitorinq qrupunun göndərilməsi əldə edilən razılaşmaları pozmaq deməkdir. Ermənistan nə qədər fikir və bəyanatlarla məhdudlaşacaqsa, sülh sazişini imzalamaq mümkün olmayacaq. 2023-cü ildə hələ ki heç bir danışıqlar olmayıb, qeyri-müəyyən vəziyyət yaradır, bu da qarşı tərəfə təxribatlar yaratmaq imkanı qazandırır. Təxribatlar olduğu müddətdə isə sülh prosesi uzanacaq. Odur ki, Fransanın iştirakı olmadan Brüssel danışıqlarının bərpasına ciddi şəkildə zərurət var”.

Fikrət Sadıqov

Sabiq diplomat, professor Fikrət Sadıqovun sözlərinə görə, burada üç mərkəz var və onlar guya Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınmasında, münaqişənin həllində vasitəçilik təşəbbüsü göstərirlər: “Hamıya aydın olduğu kimi, bunlar ABŞ, Rusiya və Avropa Birliyidir. Düşünürəm ki, Brüssel formatı öz qüvvəsində qalır. Sadəcə, vəziyyət onu göstərir ki, vasitəçi olan aparıcı qüvvələr bir çox hallarda vəziyyəti stabilləşdirmək deyil, öz maraqları naminə regionda mövcudluğunu sübut etmək istəyirlər. Amma bizə masa arxasında əyləşmək heç nə vermir, nəticələr əldə edilməlidir. Biz də heç bir meydandan imtina etmirik. Çünki bizim üçün əsas göstərici nəticədir. Biz bu nəticəni əldə etməliyik. Əgər vasitəçilərdən kimsə hesab edirsə ki, bizə təzyiq etməklə öz xeyrinə nəticə əldə edə bilər, onlar yanılır. Bunu zaman göstərir və təsdiq edir. Vasitəçilər arasında olan qarşıdurma da prosesə öz təsirini göstərir. Məsələn, ABŞ-ın Avropa-Rusiya qarşıdurması kontekstində regionda mövcudluğunu sübut etməsi stabilliyin yaranmasına mənfi təsir göstərir”.

Premyer Liqada XXIV turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi görüşü olan "Qarabağ" və "Neftçi"nin oyunu fevralın 27-də keçiriləcək.

XXIV tur

24 fevral (cümə)
“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 14:00

“Səbail” – “Qəbələ”
“ASCO Arena”, 19:00

25 fevral (şənbə)
“Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu, 14:30

“Sumqayıt” – “Kəpəz”
“Kapital Bank Arena”, 17:00

27 fevral (bazar ertəsi)
“Qarabağ” - “Neftçi”
“Azersun Arena”, 20:00

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah” “Neftçi” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Görüşdən öncə “Sabah”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə qalib olan azarkeş Nahid Balıyevə yarımmüdafiəçi Aleksey Kaşukun imzalı forması hədiyyə edilib.

Formanı azarkeşə Kaşuk özü təqdim edib.

Azərbaycan Tennis Federasiyasının (ATF) erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Avstraliya Açıq" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına göndərdiyi məktub qəbul olunub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının məktubunda qeyd olunur:

“Beynəlxalq Tennis Federasiyası Karen Xaçanovun “Australian Open” çempionatında keçirdiyi oyunların sonunda oyun meydançasındakı kameraya yazdığı mesajla bağlı şikayətinizi qəbul edib.

Beynəlxalq Tennis Federasiyası şikayətinizi “Australian Open” turnirinin təşkilatçısı olan Tennis Australia-ya (Avstraliya Tennisi) yönləndirdi.

“Böyük Dəbilqə” Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və “Böyük Dəbilqə”nin İdarə Heyəti “Australian Open” turniri və tədbirdə iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir.

Onlar “Böyük Dəbilqə” Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcəkdir".

Azərbaycan Tennis Federasiyası olaraq bildirmək istəyirik ki, Beynəlxalq Tennis Federasiyası qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da,

Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbirin görülməməsi bizi ciddi narahat edir. Ona görə də, əvvəlki təxribatlara görə erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəxalq quruma müraciət ünvanlanacaq.

Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı qeyd edib. Yarışda həmçinin Ermənistanla yanaşı separatçı rejiminin bayrağı açılıb.

Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.

"Qarabağ"ın yeni transferi Yassin Benzia instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə keçdiyinə görə xoşbəxt olduğunu bildirib:

"Qarabağ" kimi möhtəşəm kluba qoşulduğuma görə çox xoşbəxtəm. Oyunlara başlamaq üçün səbirsizlənirəm".

Benzianın paylaşımına bir çox tanınmış futbol adamları şərh yazaraq uğurlar arzulayıb.

Onların arasında hazırda "Ankaragücü"nü çalışdıran Ömər Ərdoğan, Əlcəzair millisindən komanda yoldaşı olan sabiq "Qalatasaray"lı Sofian Fequli də var.

“Mançester Yunayted” yayda “Napoli”nin hücumçusu Viktor Osimheni transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, “Napoli” bu mövsüm İtaliya A Seriyasının qalibi olsa, o, klubu tərk edə bilər.

“Mançester Yunayted” futbolçu üçün azı 120 milyon avro ödəməli olacaq.

MY Osimheni almaqda israrlıdır. Lakin nigeriyalı forvardı başqa klublar da transfer etmək istəyir.

Osimhen 2020-ci ildən Neapol təmsilçisində çıxış edir. O, bu mövsüm “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 19 matça çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edə bilməyəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələri (EOC) məlumat yayıb.

Bildirilir ki, bu iki ölkənin idmançıları yarışdan kənarda qalacaqlar.

Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb.

Bildirib ki, “Bakının növbəti planı” ilə bağlı onlarda informasiya var:

“Bu plan Qarabağda iqtisadi və psixoloji vəziyyəti kluminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir.

Sonra yolu yenidən bağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar”.

Erməni baş nazir bunu Bakını ittiham etmək və beynəlxalq diqqəti bölgəyə çəkmək üçün deyir. Hərçənd, burada səslənən iddianın əks-effekt perspektivi də görünür:

Nikolun bu sözlərindən sonra indiyə qədər İrəvanı qarant kimi görən Qarabağdakı ermənilər arasında bölgəni tərk etmək istəkləri arta bilər; aksiyanın başlanmasından sonra “yol açılan kimi çıxmaq” meylləri artıb,

Paşinyanın sözlərindən də ermənilər üçün belə bir nəticə çıxır ki, yol açılsa belə, hər an yenidən bağlana bilər; bu baxımdan, köçmək istəyənlər yolun ilk açılacağı vaxtda bölgəni tərk etməyə çalışacaqlar;

Bu kontekstdə Paşinyanın “Bakının planı” dediyi iddiası ermənilərə “imkan yaranan kimi qaçın” mesajı kimi də səslənir.

"Zirə" Ukraynanın U-21 yığmasının sabiq üzvü Vladislav Kulaçı heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, karyerası ərzində “Şaxtyor”, “İlyiçeveç”, “Stal”, “Eskişehirspor”, “Zarya”, “Vorskla”, “Aleksandriya”, “Honved”, “Dinamo”(Kiyev) klublarında oynamış 29 yaşlı hücumçu qarşıdakı 1,5 ili “Zirə”də keçirəcək.

Forvardın “Vorskla”da oynadığı dönəmdə nümayiş etdirdiyi performansını təqdim edirik:

Premyer Liqada XX turun oyunları keçiriləcək.

Turun görüşləri üç günü əhatə edəcək.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəkiəvvəlki oyunlarının balansını təqdim edir.

XX tur

30 yanvar (bazar ertəsi)

“Sumqayıt” – “Turan Tovuz” – 2 oyun, +0=1-1, top fərqi – 0-1
“Turan Tovuz” məğlub olmayıb. “Sumqayıt” qol vurmayıb.

26.08.2022

Sumqayıt – Turan Tovuz

0:0

28.10.2022

Turan Tovuz - Sumqayıt

1:0

31 yanvar (çərşənbə axşamı)

“Səbail” – “Kəpəz” – 6 oyun, +3=1-2, top fərqi – 10-9
Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son 5 matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub.

23.09.2017

Səbail (Bakı) - Kəpəz (Gəncə)

1:0

18.11.2017

Kəpəz (Gəncə) - Səbail (Bakı)

2:3

03.03.2018

Kəpəz (Gəncə) - Səbail (Bakı)

2:1

22.04.2018

Səbail (Bakı) - Kəpəz (Gəncə)

1:1

27.08.2022

Səbail (Bakı) - Kəpəz (Gəncə)

4:1

29.10.2022

Kəpəz (Gəncə) - Səbail (Bakı)

3:0

“Qarabağ” – “Şamaxı” – 72 oyun, +35=24-13, top fərqi – 103-43
“Qarabağ” 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Son üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

12.03.2000

Xəzər Universiteti (Bakı) - Qarabağ (Ağdam)

0:0

20.05.2000

Qarabağ (Ağdam) - Xəzər Universiteti (Bakı)

2:0

16.09.2000

Qarabağ (Ağdam) - Xəzər Universiteti (Bakı)

3:0

31.03.2001

Xəzər Universiteti (Bakı) - Qarabağ (Ağdam)

0:0

08.09.2001

Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)

1:2

01.12.2001

Qarabağ-Azərsun (Ağdam) - Xəzər Universiteti (Bakı)

1:2

23.03.2002

Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)

1:1

15.06.2003

Qarabağ-Azərsun (Ağdam) - Xəzər Universiteti (Bakı)

3:1

16.11.2003

Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)

0:2

06.11.2004

Qarabağ (Ağdam) - İnter (Bakı)

3:1

12.04.2005

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:0

29.10.2005

İnter (Bakı) - Qarabağ (Ağdam)

2:0

16.04.2006

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

26.11.2006

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:1

18.05.2007

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:0

28.10.2007

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:1

19.04.2008

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:0

15.11.2008

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

03.05.2009

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

07.11.2009

İnter (Bakı) - Qarabağ (Ağdam)

2:1

17.02.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

27.03.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:1

01.05.2010

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:1

11.09.2010

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:0

04.12.2010

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

12.03.2011

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:2

24.04.2011

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

14.08.2011

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

20.11.2011

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

07.04.2012

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

05.05.2012

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

05.08.2012

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

03.03.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

13.04.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

3:2

09.05.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

04.08.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:2

20.12.2013

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:0

16.03.2014

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:3

07.05.2014

Qarabağ (Ağdam) - İnter (Bakı)

4:1

16.08.2014

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

29.10.2014

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

02.04.2015

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

22.05.2015

İnter (Bakı) - Qarabağ (Ağdam)

2:1

04.10.2015

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:2

06.12.2015

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

27.02.2016

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

22.04.2016

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:0

07.08.2016

İnter (Bakı) - Qarabağ (Ağdam)

2:1

17.12.2016

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:0

28.02.2017

Qarabağ (Ağdam) - İnter (Bakı)

0:1

16.04.2017

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:3

19.08.2017

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0

13.10.2017

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:2

01.04.2018

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

1:1

12.05.2018

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

3:0

31.10.2018

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

1:1

03.12.2018

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

5:1

03.03.2019

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

0:1

18.04.2019

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

3:0

16.08.2019

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

0:1

06.12.2019

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

2:2

08.03.2020

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

0:2

11.09.2020

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

0:0

01.11.2020

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

6:1

04.04.2021

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

1:1

14.05.2021

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

2:0

25.09.2021

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

1:1

19.11.2021

Qarabağ (Ağdam) - Keşlə (Bakı)

1:0

28.02.2022

Keşlə (Bakı) - Qarabağ (Ağdam)

0:0

15.04.2022

Qarabağ (Ağdam) - Şamaxı

8:0

27.08.2022

Qarabağ (Ağdam) - Şamaxı

4:0

30.10.2022

Şamaxı - Qarabağ (Ağdam)

0:4

1 fevral (çərşənbə)

“Neftçi” ” – “Zirə” – 28 oyun, +9=7-12, top fərqi – 32-28
“Neftçi”nin meydanındakı son üç görüşdə hər iki komanda qol vurub. “Zirə” 9 oyundur səfərdə qalib gəlmir.

03.10.2015

Zirə (Bakı) - Neftçi (Bakı)

2:0

06.12.2015

Neftçi (Bakı) - Zirə (Bakı)

1:1

27.02.2016

Zirə (Bakı) - Neftçi (Bakı)

3:0

23.04.2016

Neftçi (Bakı) - Zirə (Bakı)

0:0

14.08.2016

Neftçi (Bakı) - Zirə (Bakı)

0:1

16.10.2016

Zirə (Bakı) - Neftçi (Bakı)

2:0

05.03.2017

Neftçi (Bakı) - Zirə (Bakı)

1:2

23.04.2017

Zirə (Bakı) - Neftçi (Bakı)*

16.09.2017

Neftçi (Bakı) - Zirə (Bakı)

1:2

05.11.2017

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0

24.02.2018

Neftçi (Bakı) - Zirə (Bakı)

1:1

15.04.2018

Zirə (Bakı) - Neftçi (Bakı)

0:3

22.09.2018

Zirə (Bakı) - Neftçi (Bakı)

1:2

10.11.2018

Neftçi (Bakı) - Zirə (Bakı)

2:2

16.02.2019

Zirə (Bakı) - Neftçi (Bakı)

0:0

06.04.2019

Neftçi (Bakı) - Zirə (Bakı)

4:2

26.08.2019

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0

20.10.2019

Neftçi (Bakı) - Zirə (Bakı)

3:0

03.10.2020

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0

28.11.2020

Neftçi (Bakı) - Zirə (Bakı)

0:0

25.02.2021

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0

17.04.2021

Neftçi (Bakı) - Zirə (Bakı)

4:0

22.08.2021

Zirə (Bakı) - Neftçi (Bakı)

1:2

23.10.2021

Neftçi (Bakı) - Zirə (Bakı)

2:1

03.04.2022

Neftçi (Bakı) - Zirə (Bakı)

1:1

15.05.2022

Zirə (Bakı) - Neftçi (Bakı)

1:0

26.08.2022

Neftçi (Bakı) - Zirə (Bakı)

2:1

29.10.2022

Zirə (Bakı) - Neftçi (Bakı)

0:3

* - texniki nəticə top fərqinə nəzərə alınmayıb.

“Qəbələ” – “Sabah” – 17 oyun, +5=3-9, top fərqi – 16-25
“Sabah” son 5 oyunda qol vurub və uduzmayıb. Son 7 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

16.09.2018

Sabah (Bakı) - Qəbələ

1:0

04.11.2018

Qəbələ - Sabah (Bakı)

2:1

09.02.2019

Sabah (Bakı) - Qəbələ

0:1

01.04.2019

Qəbələ - Sabah (Bakı)

0:0

14.09.2019

Sabah (Bakı) - Qəbələ

0:1

03.11.2019

Qəbələ - Sabah (Bakı)

1:2

07.02.2020

Sabah (Bakı) - Qəbələ

3:2

13.09.2020

Sabah (Bakı) - Qəbələ

3:0

31.10.2020

Qəbələ - Sabah (Bakı)

2:1

04.04.2021

Sabah (Bakı) - Qəbələ

1:0

14.05.2021

Qəbələ - Sabah (Bakı)

2:2

11.09.2021

Sabah (Bakı) - Qəbələ

0:2

31.10.2021

Qəbələ - Sabah (Bakı)

1:3

08.02.2022

Sabah (Bakı) - Qəbələ

3:0

21.05.2022

Qəbələ - Sabah (Bakı)

1:1

28.08.2022

Qəbələ - Sabah (Bakı)

0:2

30.10.2022

Sabah (Bakı) - Qəbələ

2:1

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.