“Ferrum Kapital” -a 2 yeni səhmdar gəlib

Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” QSC-yə 2 yeni səhmdar gəlib.

Bunlar 68% payla Qafar Dəmirçi və 23% payla Məhəmməd Həbibzadədir.

Əvəzində digər səhmdarlar – “Ferrum Kapital”ın daxil olduğu “AQA Şirkətlər Qrupu” QSC payını 72,5%-dən 4,5%-ə, “Vesta Konsaltinq” MMC isə payını 27,5%-dən 4,5%-ə endirib.

Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır.

Q.Dəmirçi “AQA Şirkətlər Qrupu”nun sahibi Aydın Dəmirçinin oğludur.

“Renkinq” 

Mənbə:
0
89
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar