“Ermənistan üçtərəfli razılaşmalara getməyəcək” - RƏY

“Ermənistanın Baş naziri Paşinyan Rusiyanın ölkəsində mövqeyini zəiflətmək istiqamətində atdığı addımlardan biri də üçtərəfli bəyanatlardan yayınaraq Avropa İttifaqı və Fransanın təhriki ilə yeni bir siyasi mərhələ başlatmaqdır. Bu prosesə məhz ABŞ da dəstək verir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Fransa ABŞ-da Türkiyənin regionda planlaşdırdığı "Altılıq" platformanın qarşısını almaqdadır:

“Məhz Ermənistan rəhbərliyi bununla Zəngəzur dəhlizinin açılmasından yayınmağa və Qarabağa status əldə etmək üçün danışıqlar prosesinə başlamağa çalışır. Rusiya da idarə olunan bir münaqişə yaratmaqla Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməməsi prosesində maraqlıdır. Amma Rusiya Fransa qoşunlarının Ermənistana göndərilməsində maraqlı deyil. Paşinyan Fransa ordusunun Ermənistanla Azərbaycan dövlətinə dəvət etməkdə əsas məqsədinin Azərbaycanla böhrana görə etdiyini qeyd etsə də, bu, Rusiyaya qarşı yönəlmiş bir addımdır.

Bununla da məqsədi Rusiyanın hərbçilərini ölkəsindən çıxarmaqla Qərbin dayaqlarını Ermənistanda möhkəmlətməkdir.
Ermənistan uğrunda Avropa İttifaqı və Fransa Rusiya ilə mübarizə yeni mərhələyə keçib. Məhz bu proseslər davam etdikcə, Ermənistan üçtərəfli razılaşmalara getməyəcək. Fransa və Avropa İttifaqı Ermənistanın təklifləri ilə Azərbaycana təzyiq etmələri fonunda Qərbin hazırkı siyasəti uğurlu olmayacaq. Əgər Fransa və Avropa İttifaqı üçtərəfli razılaşmalara dəstək verəcəklərsə, Ermənistan siyasətləri uğurlu ola bilər. Hazırda isə buna gedilmir.

Ümumi porses gərgin olaraq qalır və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üçtərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır. Bu, siyasi gedişatda müəyyən qədər Rusiya da Azərbaycanla hesablaşır”.

Semra Ələkbərli
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar