Ermənilərin bayraq davası - FOTO

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

 Offsideplus.az xəbər verir ki, bu gün 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakaya (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olan idmançımız təsəlliverici görüşdə Özbəkistan təmsilçisi Murodjon Yuldoşevə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonova (Özbəkistan) qalib gəlib.

Mükafatlandırma mərasimi isə ermənilərin narazılığına səbəb olub. Belə ki, Azərbaycan bayrağının Ermənistanınkından irəlidə asılması bədxah qonşularımızı hiddətləndirib. 

Onlar, ölkəmizin adının əlifba sırasında Ermənistandan sonra gəlməsini, həmçinin Rüstəm Orucovun 1/4 finalda Ferdinand Karapetyana uduzmasını əsas gətirərək, buna etirazlarını bildiriblər.

ffe08c2a

Mənbə:
0
1514
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar