Ərdoğan açıqladı: Bütün qüvvələr səfərbər edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğnları baş verən ərazidə olan 3 nazirlə ayrı-ayrılıqda əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb və təlimatlar verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə iməlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Antaliyada olan meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmirli, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murad Kurumla mütəmadi əlaqələr saxlayaraq yanğının nəzarətə alınması üçün tövsiyələrini verir.

Türkiyə prezidenti Antalyanın Manavqat rayonunda baş verən yanğından həyatını itirənlərin yaxınlarına başsağlığı verib və zərər çəkənlərə hər cür dəstək veriləcəyini bildirib.

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar