Ərdoğan: “Niyyətimiz ölkəmizin haqqını, hüququnu, şərəfini qorumaqdır”

“Bizim niyyətimiz əsla böhran yaratmaq deyil, ölkəmizin haqqını, hüququnu, şərəfini, mənafeyini və suverenlik haqqlarını qorumaqdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında səsləndirib.

Ərdoğan 10 ölkə səfirinin Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etməsinə toxunaraq ilk gün verdiyi reaksiyanın yerində olduğunu bildirib:

“Bəzi ölkələrin səfirlərinin hədsiz və uğursuz açıqlamaları hansısa bir şəxsi yox, birbaşa ölkəmizin hüquq sistemini və suverenlik haqqlarını hədəf alıb. Türkiyənin məhkəmə sistemi kimsədən təlimat, əmr almaz. Azad və tərəfsiz hüquq sistemimizlə hüquq işçilərimizə edilmiş bu hörmətsizliyə lazımi cavabı vermək dövlətin başı olaraq hər kəsdən öncə bizim vəzifəmizdir. Bizim niyyətimiz əsla böhran yaratmaq deyil, ölkəmizin haqqını, hüququnu, şərəfini, mənafeyini və suverenlik haqqlarını qorumaqdır”.

Türkiyə prezidenti səfirlərin geri addım atdığını, bunu məmnunluqla qarşıladıqlarını qeyd edib:

“Vyana razılaşmasının 41-ci maddəsinə uyulacağını ifadə edən səfirlərin artıq Türkiyənin suveren haqqları ilə bağlı bəyanlarında daha diqqətli olacaqlarına inanırıq. Ölkəmizin müstəqillliyinə, millətimizin həssasiyyətlərinə hörmət etməyən heç kimin, kim olmasından asılı olmayaraq bu ölkədə yaşaya bilməyəcəyini ifadə edirəm”.

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar