Ən böyük əngəl erməni lobbisidir

Turab Rzayev: "Gələcəkdə əlbəttə ki, Fransa və Azərbaycan münasibətləri normallaşacaq"

Bu günlərdə Fransa Milli Assambleyasının bir qrup deputatı Azərbaycana səfər edib, işğaldan azad edilmiş ərazilərə yollanıb. Fransalı qonaqları Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov müşayiət edib. Fransalı parlamentarilər azad edilmiş ərazilərdə dağıdılmış və təhqir edilmiş dini abidələr və məscidlərə də baş çəkib, ermənilərin qeyri-insani davranışları qarşısında dərin sarsıntı və təəssüflərini ifadə ediblər.
Bununla yanaşı Azərbaycan ərazisində dövlətin qoruduğu xristian kilsələri və yəhudi sinaqoqları ilə də tanış olublar. Onlar Azərbaycan dövlətinin, xüsusilə də Heydər Əliyev Fondunun dini tolerantlıq və multukulturalizmə böyük önəm verdiyini xüsusi məmnunluq hissi ilə vurğulayıblar. Məlumdur ki, hər zaman Fransa ölkəmizə qarşı qara yaxma kampaniyasında iştirak edib. Maraqlıdır ki, Fransa ilə Azərbaycan münasibətlərinin gələcəkdə normallaşması ehtimalı varmı?
Sualımızı cavablandıran politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, gələcəkdə əlbəttə ki, Fransa və Azərbaycan münasibətləri normallaşacaq. O qeyd edib ki, sadəcə olaraq burada erməni lobbisi faktoru var:
"Fransa Ermənistanı Qafqazda öz mütəffiqi olaraq görür. Bundan başqa Fransanın özündə də erməni lobbisi faktoru mövcuddur. Hansı ki, onların həm maliyyə, həm də seçkilərdə səs cəhətdən Fransada rəhbər tutan şəxslərə müdaxilə etmək imkanları var. Hətta onlar Fransada siyasi karyera uman şəxslərə belə təzyiq edə bilirlər. Ona görə də, hesab edirəm ki, həmişə arada erməni faktoru qalacaq. Amma ümumi şəkildə Azərbaycan-Fransa münasibətləri müharibədən əvvəl normal səviyyədə olub. Qeyd edim ki, biz hətta Fransa ilə hərbi-texnoloji sahədə alış-veriş edirik. Bundan başqa demək olar ki, iqtisadi, təhsil sahəsində birgə fəaliyyət mövcuddur. Düşünürəm ki, yaxın gələcəkdə iki dövlət arasında münasibətlər düzələcək. Amma bir şərtlə ki, Fransa konkret mövqe ortaya qoymalıdır. O, Dağlıq Qarabağ ərazisini, həmçinin Şuşa və Hadrut da daxil olmaqla, onların Azərbaycanın əraziləri olduğunu tanımalıdır. Bizim əsas istəyimiz odur ki, Fransa qeyd-şərtsiz olaraq Azərbaycan ərazisini tanıdığını elan etsin".

Mənbə:
0
718
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar