Elzaya Roza dedi - Video

Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, verilişdə gözlənilməz məqam yaşanıb. Belə ki, aparıcı Samir Bayramlı səhvən Elzaya "Roza" (müğənni Roza Zərgərli - red.) deyərək, müraciət edib. O isə "Elza" deyərək, səhvi düzəltməyə çalışıb.

Müğənni daha sonra qalmaqal yaşadığını sənət adamlarından danışıb:

"Xalq artistləri, dəyərli sənət adamları mənə irad bildirir ki, niyə cavab verib, kimisə gündəmə gətirirsiz? Amma onları gündəmə gətirirəmsə, olsun. Bəzi insanlar var ki, bir sözüm əllərinə fürsətdir. Deyir, nə yaxşı oldu, Elza nəsə dedi, indi deyəcəm, deyəcək. Onu tanıyıram, xislətini bilirəm. Sadəliyimi göstərirəm, onlar isə sadəliyimdən istifadə edirlər. Artıq qərarım odur ki, heç kimə cavab vermərəm, pislik etmərəm. Günah məndədir ki, öz yerimi bilməmişəm.

Tələbə vaxtlarımda sənət adamları ailəlikcə evimə gəliblər. Onlardan istifadə edib şəkil çəkdirməmişəm, reklam qazanmamışam. Övladlarım onlarla bir oturub, çay içib, musiqisin dinləybilər. Brilliant Dadaşova dedi ki, Elzaya əsəbiləşirəm. Kiməsə cavab qaytaranda, bilmir özü kimdir. Əslində bilirəm".

Qeyd edək ki, Roza Zərgərli ilə Elza Seyidcahan uzun müddətdir küsülüdür.

Mənbə:
0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar