Elon Musk Bitcoin-i "bağışladı"

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın Baş direktoru Elon Musk, şirkətin Bitcoin-i ödəmə növü olaraq qəbul etməyə "böyük ehtimalla" yenidən başlayacağını bildirib. 

Marja xəbər verir ki, Musk, qatıldığı bir konfransda, Tesla və SpaceX-in Bitcoin sərmayələri ilə bərabər, özünün də fərdi olaraq Bitcoin, Ethereum və Dogecoin sərmayələri olduğunu deyib. 

O, Bitcoin mayninqində bərpa olunan enerji mənbələrinə daha çox keçid olduğunu qeyd edərək, xüsusilə Çində istifadə edilməkdə olan bir qrup kömür stansiyasının bağlanıldığını anladıb.

Musk, "Bərpa edilən enerjidən istifadə nisbəti böyük ehtimalla 50% və ya çoxdur. Bu nisbəti artırmağa istiqamətlənmiş bir meyl var. Əgər elə isə, Tesla böyük ehtimalla Bitcoin qəbul etməyə davam edəcək",- deyib.

Elon Musk, may ayında Twitter-dən etdiyi bir paylaşmada, ekoloji narahatlıqları səbəb göstərərək Tesla-nın vasitə satışlarında Bitcoin istifadə etməni təxirə saldığını açıqlamışdı.

0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar