Əfqanıstanın hökumət qüvvələri 30 rayonu “Taliban”dan geri alıb – General Şinvari

Əfqanıstan qüvvələri 30 rayonu “Taliban”dan geri alıb, 1528 “Taliban “ döyüşçüsü öldürülüb, 800-dən çoxu yaralanıb.

Bu barədə açıqlama verən Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin (ANDSF) sözçüsü general Ajmal Omar Şinvari əlavə edib ki, quru əməliyyatları da daxil olmaqla, Əfqanıstan qüvvələri 16 yaraqlını girov götürüb, 20 əyalətdə hava hücumları həyata keçirilib. O, qüvvələrin müdafiə mövqeyindən çəkildiyini və indi hücum mövqeyinə keçdiyini, bəzi hücumların da dəf edildiyini bildirib. Mülki itkilərin qarşısını almaq üçün ANDSF çoxlu sayda əməliyyatı dayandırıb.

“Khaama Press”in xəbərinə görə, Əfqanıstanda təxminən 4500 mülki insan öldürülüb, bu da UNAMA-nın (United Nations Assistance Mission in Afghanistan -Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda Yardım Missiyası) 2009-cu ildə ölənlərin sayını qeyd etməyə başladığı gündən bəri ən yüksək göstəricidir. “Taliban” bu rəqəmi inkar edərək bunu birtərəfli adlandırıb.

Bu arada Pakistan mediası 46 Əfqanıstan əsgərinin Əfqanıstandan Pakistanın Çatral bölgəsinə qaçdığını bildirib.

L.SƏMLA

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar