Əfqanıstanda mərmi partlaması nəticəsində 5 nəfər ölüb

Əfqanıstanın cənubunda Zabul vilayətində minaatan mərmisinin partlaması nəticəsində 3-ü uşaq və 2-si qadın olmaqla 5 mülki şəxs həlak olub.

APA xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı polisə istinadən məlumat yayıb. Mərmi sözügedən vilayətin inzibati mərkəzi olan Kalat şəhərindəki yaşayış binalarından birinə düşüb.

Hadisə nəticəsində daha 14 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə:
0
112
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar