Dünyanın 1 nömrəli ərzaq şirkəti ən yaxşı nəticəni göstərdi

155 illik qocaman İsveçrə nəhəngi, 447 fabriki, 189 ölkədə əməliyyatları, 340 min işçisi ilə dünya ərzaq sektorunun lideri olan Nestle 2021-ci ilin ilk yarısının nəticələrini açıqlayıb.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq, 41,75 milyard İsveçrə frankına (45,9 milyard dollara) çatıb. Bu, son 10 ildə satışlarda ən yaxşı yarımillik artım hesab olunur. Xalis mənfəət isə 1,1% artıb və 5,9 milyard frank (6,5 milyard dollar) təşkil edib.

Artım Amerikada 7,6%, Avropa, Orta Şərq və Şimali Afrikada 7,3%, Asiya-Sakit okean regionunda 6,8% olub. Məhsul kateqoriyalarında ən çox artım Nespresso kofelərində (3,2 milyard frank, 14,6%), Nestle Sağlamlıq məhsllarında (1,9 milyard frank, 13,6%) və Starbucks satışında (1,4 milyard frank, 16,7%) baş verib.

Şirkətin əməliyyat marjası birinci yarimillikdə sabit - 17,4% olaraq qalıb. Nestle cari il üzrə satışda artım proqnozunu yeniləyərək, 5-6% həddində müəyyən edib. 

Mənbə:
0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar