Diasporla İş üzrə Dövlət Komitəsində diaspor nümayəndələri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda olan diaspor nümayəndələri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, müharibə dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib.

Komitə sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verib və bildirib ki, Qarabağda qazanılan böyük zəfərdən sonra diasporun qarşısında duran ən vacib məsələ işğaldan azad edilmiş ərazilərimizin dünyada tanıdılmasıdır.

Qeyd olunub ki, ölkəmizin məruz qaldığı terrorun dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə nüfuzlu xaricilərin Azərbaycana, Qarabağa səfərlərinin təşkil olunması zəruridir.

Diaspor nümayəndələri bildiriblər ki, həm 44 günlük müharibə dövründə, həm də ondan sonra dünya ictimaiyyətinin diqqətini işğaldan azad olunmuş ərazilərdəki ekoloji terrora, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsinə çəkmək üçün müxtəlif səpkili tədbirlər həyata keçiriblər.

Çıxış edənlər diaspora göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, Diasporla İş üzrə Dövlət Komitəsilə işləməkdən məmnun olduqlarını və həyata keçirilən uğurlu layihələrdən ciddi səmərə əldə olunduğunu ifadə ediblər.

Sonda diaspor fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Qeyd edək ki, görüşdə 24 ölkədən 72 nəfər iştirak edib.

Mənbə:
0
176
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar