"WhatsApp"da əlavə 2 funksiya yaradılıb.

Day.Az-ın məlumatına görə, ilk xüsusiyyət qrupa kimin qoşula bilib-bilməyəcəyinə qərar vermək üçün qrup adminlərini əhatə edir. Bir sözlə, adminlərin dəvət linki olduqda qrup çatında yeni şəxsi qəbul etmək və ya rədd etmək seçimi olacaq.

Yeni funksiya ilə "WhatsApp" qrup administratorları daha çox nəzarət əldə edəcəklər. Həmçinin, nəzarət funksiyası hər kəs üçün əlçatan olacaq. Beləliklə, istifadəçinin dəvət linki olsa belə, qoşulmadan əvvəl adminin təsdiqini gözləməli olacaq.

Yeniləmədən sonra gələn başqa bir funksiya, telefon kitabçasındakı şəxslərin hansı qrupları birləşdirdiyini görməkdir.

İctimai qrup funksiyası üçün sadəcə "WhatsApp" axtarış nəticələrinə şəxsin adını yazmaq kifayətdir. Bu xüsusiyyət kiçik bir dəyişiklik kimi görünsə də, düzgün qrupu tapmağa kömək edir. Bütün bunlara əlavə olaraq şirkət yeniliklərin yaxın həftələrdə istifadəyə verilməyə başlayacağını bildirir. Bunun üçün tətbiqi yeniləmək lazım olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanın Niderlanddakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsinin xatırladılması ilə bağlı Ermənistan mətbuatında yayılmış iddiaları şərh edib.

Day.Az-ın məlumatına görə, A.Hacızadə bununla bağlı deyib: "Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.

Səfirin Niderland XİN-də sonuncu görüşü onun özünün təşəbbüsü ilə martın 15-də olub.

Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-a bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır.

Day.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında deyib.

Cavabda deyilir:

"Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.

Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.

Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin "hüquq müdafiəçisi" kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.

Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.

Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir.

Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Dilarə Əliyeva həyat yoldaşı ilə vidalaşıb.

Day.Az azxəbər-ə istinadla xəbər verir ki, ötən gün Saray qəsəbəsində dəhşətli qəzada Oqtay Əliyevin idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb və hadisə nəticəsində Oqtay Əliyev vəfat edib.

Hadisədən şok keçirən həyat yoldaşı Dilarə Əliyeva Oqtay Əliyevin məzarı üstə onunla vidalaşıb.

Həmin görüntüləri təqdim edirik:

2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.

Bu barədə Day.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əməkhaqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

"Muzeydə gecə" filmində rol alan məşhur amerikalı aktyor Dik Van Dayk qəzaya düşüb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Malibuda baş verib.

"Lexus" markalı avtomobili idarə edən məşhur darvazaya çırpılıb. Bildirilir ki, aktyor yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Belə ki, Malibuda güclü leysan yağıb.

Xoşbəxtlikdən Van Dayk çox ciddi xəsarət almayıb. Aktyorun burnu və ağzı qanayıb. Bundan əlavə, həkimlər beyin silkələnməsi qeydə alıblar. Lakin məşhur xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar hiss olunub.

Day.Az bizim.media-ya istinadən bildirir ki, titrəyişlər üfüqi xarakter daşıyıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub.

Qeyd olunub ki, zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km-dir.

Qeyd edək ki, zəlzələ Özbəkistanla yanaşı Pakistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanda da hiss olunub. Zəlzələdən sonra Özbəkistanın Daşkənd şəhərində əhali evlərini tərk edib.

Həmin görüntüləri təqdim edirik.

Türkiyəli aktyor Bekir Aksoyun üç ildir görüçmədiyi iddia edilən oğlu ilə bağlı paylaşımı keçmiş həyat yoldaşı Derya Çavuşoğlunu əsəbiləşdirib.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktyor oğlu Emiri sosial media hesabındakı paylaşımı ilə 9-cu ad günü münasibəti ilə təbrik edib.

Bekirin bu addımı eks-xanımı tərəfindən xoş qarşılanmayıb. O, aktyorun bu addımına "3 ildir oğlunu heç bir formada axtarıb, maraqlanmır. Oğlumdan istifadə edilərək reklam kampaniyası edilməsinə dözə bilmirəm" deyə bildirib.

Bundan sonra sosial media izləyicilərin tənqidlərinə tuş gələ Bekir paylaşımının şərh bölməsini bağlayıb.

Qeyd edək ki, Bekir sonuncu dəfə "Yasak elma" serialında rol alıb.

Çexiya parlamentində "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.

Day.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Çexiya radiosu məlumat yayıb.

Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. Qərar, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.

Bundan əvvəl Praqa meriyası da işçilərinə Pekində yerləşən ByteDance şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. Pekində yerləşən ByteDance şirkətinə məxsus təhlükəsizlik üçün əhəmiyyətli risk hesab edilir.

Türkiyədə Ramazan bayramında səhnə alacaq ifaçıların konsertlərdən qazanacaqları məbləğlər açıqlanıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, ifaçıların çıxışlarından əldə edəcəkləri gəlirləri təqdim edir:

Hadisə - 2,5 milyon lirə (223 min 055 manat)
Gülşən - 3 milyon lirə (267 min 635 manat)
Ebru Gündeş 3 milyon lirə (267 min 635 manat)
Ajda Pekkan - 2 milyon lirə (178 min 423 manat)
Sibel Can - 1,6 milyon lirə (142 min 738 manat)
Bülənt Ərsoy - 2,5 milyon lirə (223 min 055 manat)
Özcan Deniz - 1 milyon lirə (89 min 215 manat)
Murat Boz - 1 milyon lirə (89 min 215 manat)
Linet - 1,5 milyon lirə (133 min 823 manat)
Yıldız Tilbe - 2 milyon lirə (178 min 423 manat).

"Oqtay müəllimin dünyasını dəyişməsinə hamımız çox sarsılmışıq".

Day.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə ötən axşam ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.

Sənətçi O.Əliyevin vaxtsız vəfatından sarsıldığını söyləyib:

"Gözlənilməz bir hadisədir. Dünəndən hamımız bir-birimizlə danışıb, zəngləşirik, şok vəziyyətindəyik ki, bu hadisə necə baş verib. Dilarə xanıma Allahdan səbr diləyirəm.

Çox ağır dərddir. Oqtay müəllim çox gözəl insan idi. Allah rəhmət eləsin!"

Day.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib.

"Bu mövzu çox həssasdır. Bu məsələ iki xalqın barışması kontekstində, tərəflər arasında dialoq şəraitində nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan normallaşmasının əsasını ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu təşkil edir. O, həmçinin humanitar məsələləri əhatə edir. Bu günün əsas vəzifəsi Bakı və İrəvanın qeyd olunan sazişlərin bütün müddəalarını ardıcıl şəkildə yerinə yetirməsidir", - deyə o, bu gün həftəlik brifinq zamanı bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

Məktubda deyilir ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır: "İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.

İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək".

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə danışıqları bərpa etməyə çağırır.

Day.Az-ın məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, düşmənçilik ritorikasının və Qarabağda insidentlərin sayının artması narahatlıq doğurur.

"Biz sülh prosesinə alternativin olmadığı mövqeyindən çıxış edirik. Biz tərəfləri Ermənistan-Azərbaycan normallaşmasının bütün yollarını, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazişinə hazırlığı, ictimai xadimlərin, parlamentarilərin görüşlərinin keçirilməsini bərpa etməyə çağırırıq", - deyə o bildirib.

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub.

Day.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb.

İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib.

Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Müəllif: Elvin Səxavətoğlu

Mənbə: Trend

İran Vətən Müharibəsindən əvvəl Ermənistana siyasi, hərbi və iqtisadi dəstək göstərdiyini sirr kimi saxlamağa çalışırdı. Amma müharibədən sonra bu dəstəyini nümayişkəranə şəkildə həyata keçirməyə başlayıb. Molla rejimi gah İrəvanı pulsuz silahlarla təchiz edir, gah Ermənistanın sərhədlərini "qırmızı xətti" adlandırır, gah konsulluq açır, gah da Azərbaycanı təhdid edən videolar hazırlayır.

Tehranın ikiüzlülüyü

Son iki həftə ərzində İranın Ermənistana dəstəyi, Azərbaycana isə təhdid xarakterli davranışları daha da intensivləşib.

Məsələn, martın 11-də İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Azərbaycan təxribatla əlaqədar İran tərəfinə nota təqdim edib.

Buna baxmayaraq, rəsmi Tehran təxribat xarakterli addımlarına digər formalarda davam edib. Artıq bir neçə gündür ki, SEPAH-a bağlı Teleqram kanalları Azərbaycanı böyük müharibə ilə hədələyir, təhdid xarakterli animasiyalar yayımlayır. İran İslam Keşikçiləri Korpusuna (SEPAH) yaxın media qurumlarının yayımladığı son təhdid videosunda PUA-ların Araz çayını keçərək Azərbaycana hücum etməsi öz əksini tapıb. Həmçinin İranın şimal-qərb sərhədlərində yaranan gərginlik səbəbindən ordu və SEPAH-ın hava hücumundan müdafiə və raket bölmələrinin hazırlıq səviyyəsinə yüksəldildiyi bildirilir. Ermənistanın İran PUA-larına müşahidə aparmaq və məlumat toplamaq üçün hava məkanını açdığı barədə məlumat da yayılıb.

Rejim o qədər azğınlaşıb ki, Azərbaycan ədəbiyyatını, mədəni dəyərlərini belə şübhə altına alır. Son dövrlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars olduğunu, onun ölkəmizlə heç bir bağının olmadığını iddia etməyə başlayıblar. Bundan başqa, İran rejiminin nəzarəti altında olan media orqanlarının rəhbərləri siyasi etikaya da məhəl qoymurlar. Onlar Azərbaycanın Ali siyasi rəhbərliyində təmsil olunan şəxsləri təhdid edir, etik normaları aşan fikirlər səsləndirirlər.

İran Ermənistana hərbi dəstək verməklə yanaşı siyasi cəhəddən də onu tək buraxmır. Tehranın Bakıya qarşı təhdidlərinin intensivləşdiyi dövrdə İran xarici işlər nazirliyinin siyasi məsələlər üzrə müavini Əli Bagiri Kaninin Ermənistana səfəri xüsusilə diqqət çəkir.

Avropa İttifaqı missiyasının regiona yerləşməsinə etiraz etməyən İran, Kaninin dili ilə yalnız bölgə ölkələrinin təhlükəsizliklə bağlı qarant olduğu barədə mesaj verib. Amma Kani görmür ki, Avropa İttifaqı missiyasının tərkibində bir nəfər belə bölgə ölkəsinin nümayəndəsi yoxdur. Missiya İranı sanksiyalar altında boğan Qərb dövlətlərinin hərbçiləri, kəşfiyyatçıları tərəfindən təşkil olunub. Göründüyü kimi, riyakar İran hakimiyyəti gün keçdikcə həm Ermənistana dəstəyinin, həm də Azərbaycana qarşı təhdid ritorikasının dozasını artırır.

Mollar rejiminin hədəfi nədir?

Tehranın bu oyununun mərkəzində isə Azərbaycanın maraqlarının neytrallaşdırılması dayanır. Çünki İran Cənubi Qafqazda çıxılmaz vəziyyətdədir. Vətən Müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar Tehranın yuxusuna haram qatıb. Bu gün regionun əsas gündəmi Zəngəzur dəhlizi məsələsidir. Azərbaycan bu məsələdə qəti mövqe nümayiş etdirir. Paralel olaraq, Tehran bölgədə həm dini, həm iqtisadi, həm də siyasi təsirini itirir. İranın həm Cənubi Qafqazda, həm də digər regionlarda təsir gücünü itirməsi, İnqilab Keşikçiləri Korpusu (SEPAH), və rejimin digər hərbi-siyasi strukturlarını hiddətləndirir. Çünki mollalar uzun illər özlərini bölgənin ağası hesab ediblər.

Hazırda hərtərəfli sıxışdırılan dini rejim xarici düşmən axtarır. Öz hərbi-siyasi resurslarını Azərbaycanın maraqları ilə mübarizəyə yönəldiblər. Amma Azərbaycanla birbaşa hərbi toqquşmadan çəkinirlər. Bu səbəbdən bölgəyə təsir etmək üçün Azərbaycana düşmən olan Ermənistanı silahlandırır, İrəvana hərtərəfli dəstək göstərir. Hədəfi isə Ermənistanı maşa kimi istifadə etməklə Azərbaycanı məqsədlərindən daşındırmaqdır, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına mane olmaqdır. Son günlər İranın Ermənistana hərbi-siyasi dəstəyini artırması bunun sübutudur. Görünür, Azərbaycanla Ermənistan arasında növbəti hərbi toqquşma baş verərsə, İran açıq şəkildə İrəvanın tərəfində gərginliyə müdaxilə edəcək.

Hadisələrin gedişi göstərir ki, Cənubi Qafqazda mövqelərini itirən İran, tarixinin ən uğursuz siyasi gedişlərini edir. Çünki İranın daxilindəki vəziyyət də rejimin başına bəla olub.

Etiraz edən xalq və parçalanan molla rejimi

Məlumdur ki, İran uzun illərdir nüvə proqramına görə beynəlxalq sanksiyalar altındadır. Son aylar isə həm nüvə proqramına, həm də Moskvanı PUA ilə təmin etdiyi üçün daha da sıxışdırılır. Rusiya-Ukraya müharibəsində Moskvanı PUA ilə təmin etməsi isə İranın imicini sıfıra endirib. Mollar rejimi bu addımına görə də yeni sanksiyalarla üzləşir. Nəticədə son dövrlər ölkə daxilində iqtisadi vəziyyət daha da ağırlaşıb. Əhali aylardır dini rejimə qarşı aksiyalar təşkil edir, siyasi hakimiyyətin dəyişməsini istəyir.

Etiraz aksiyaların davam etdiyi bir dövrdə molla rejiminin daxilində ciddi parçalanmanın baş verdiyi müşahidə olunur. Parçalanmanın mərkəzində dini rejiminin dayağı olan SEPAH-ın dayanması xüsusilə diqqət çəkir. "Iran International" saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə İran rejimi daxilində gərginliyin pik həddə çatdığı öz əksini tapıb. İş o yerə çatıb ki, SEPAH daxilində bir qrup general Ali lider Ayətullah Əli Xamneyini öldürmək üçün planlar qurublar. Amma onların planı martın 17-də buna cəhd də ifşa olunub. Məlumdur ki, SEPAH birbaşa Əli Xamneyiyə tabe olan hərbiləşdirilmiş qurumdur. SEPAH-ın generallarını belə İran prezidenti deyil, Əli Xamneyi təyin edir. Həmin generallar birbaşa Əli Xamneyinin tapşırığı əsasında ölkə daxilindəki etirazları qəddarlıqla yatırmaqla məşğuldurlar. Bu səbəbdən İranın əksər şəhərlərində etirazçıların əsas hədəfi SEPAH qərargahları olur.

Görünür, rejim daxilindəki gərginlik o qədər artıb ki, Xamneyinin özünün rütbə verdiyi generallar onu öldürməyə cəhd göstərir.

SEPAH daxilindəki parçalanma İran hakimiyyəti üçün ciddi siqnaldır. Çünki təşkilatın əlində ciddi maliyyə resursları, iri banklar və daşınmaz əmlaklar var. Təşkilat demək olar ki, İran iqtisadiyyatının yarıdan çoxuna nəzarət edir. Belə bir qurum daxilində baş verən parçalanma İran hakimiyyətinin sonunu gətirə bilər. Ehtimal etmək olar ki, Əli Xamneyiyə sui-qəsd hazırlayan SEPAH generallarının hamısı ifşa olunmayıb. Onların hakimiyyəti ələ keçirmək üçün yeni cəhdlər göstərə biləcəyini proqnozlaşdırmaq olar.

Çat verən İran rejimi və Arazda boğulan mollalar

Rəmsi Bakı həm İranın daxilini, həm də Azərbaycanla bağlı atdığı hərbi-siyasi addımları diqqətlə izləyir. Vəziyyətdən asılılı olaraq, İranın bütün təxribatçı davranışlarına adekvat cavab veriləcək. Çünki rəsmi Bakı bütün addımlarını beynəlxalq hüquqa və üçtərəfli bəyanatlara uyğun tənzimləyir. Azərbaycanın da Ermənistandan tələbi öhtəlikləri ilə bağlıdır. Bu səbəbdən Tehran Bakı-İrəvan hərbi-siyasi qarşıdurmasına müdaxilə edərsə, Azərbaycanı müttəffiqləri də hərtərəfli dəstəkləyəcək. Hadisələrin gedişi göstərir ki, həm daxili parçalanma, həm də xarici təzyiqlər molla rejiminin sonunu yaxınlaşdırır. Azərbaycanla hərbi qarşıdurma isə İran rejiminin sonu olar.

Bu zaman İrana üç tərəfdən - Azərbaycan Respublikası, Cənubi Azərbaycanda yaşayan 40 milyon həmyerlimiz və müttəfiqlərimiz tərəfindən ağır zərbə vurulacaq. Bununla da həddini aşan İran viran olacaq, mollalar isə Arazda oğulacaq.

2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstəriblər.

Bu barədə Day.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 236,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,9 faiz və 21,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 23,1 faiz artıb.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, qlobal bərpa olunan enerji istehsal gücü 295 gigawatt artaraq 2023-ci ilin sonuna kimi 3372 gigawatta çatacaq. Təmiz enerji istehsalı əvvəlki illərlə müqayisədə 2022-ci ildə dünya üzrə 9,6 faiz artıb.

Day.Az xəbər verir ki, IRENA tərəfindən dərc olunan 2023-cü il Bərpa Olunan Tutumlar üzrə Statistika göstərir ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, bərpa olunan enerji rekord səviyyədə böyüməyə davam edir. Qalıq yanacaqların istifadəsində azalma tendensiyası davam etdiyini görürük.

Enerji böhranı davam edərkən, bərpa olunan enerji istehsalının artırılması böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, iqlim böhranı bəşəriyyətin üzləşdiyi ən böyük problemdir. Mütəxəssislər bildirirlər ki, qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün bərpa olunan mənbələrin artımı üç dəfə artırılmalıdır.

Bir çox ölkələr 2022-ci ildə yaşıl enerji potensialını artırsa da, bu mənada ən əhəmiyyətli artım Asiya, ABŞ və Avropada baş verib. IRENA bildirir ki, 2022-ci ildə əlavə edilən bərpa olunan resurs tutumunun demək olar ki, yarısı Asiya qitəsindədir. Ümumi bərpa olunan enerji gücü 1,63 terawatt (TW) olan Çin il ərzində 141 gigawatt gücü əlavə edərək, bu baxımdan liderdir.

Avropa və Şimali Amerikada yaşıl enerji müvafiq olaraq 57,3 GVt və 29,1 GVt artıb. Afrikada 2,7 GVt, Okeaniyada isə 5,2 GVt artım müşahidə olunub. Cənubi Amerikada 18,2 GVt artım müşahidə olundu, Yaxın Şərqdə isə 2022-ci ildə 12,8% rekord artımla 3,2 GVt yeni güc əldə edildi.

Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş verib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Oqtay Əliyevlə yeni layihə üzərində işləməyi planlaşdırırdıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə Azərbaycanın xalq artisti Mübariz Tağıyev Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, rejissor, teleprodüser Oqtay Əliyevlə vida mərasimində deyib.

""Yeni Ulduz" geri qayıtmalı idi, sadəcə olaraq, başqa formatda. İndi bilmirəm necə olacaq... Biz televiziya sənətini yaxşı bilən dostumuzu, gözəl insanımızı, təşkilatçımızı, rejissorumuzu, yaradıcı xadimimizi itirmişik. Bu yaşda insanlar gedəndə çox çətindir... ", - deyə xalq artisti qeyd edib.

Qeyd edək ki, Oqtay Əliyev ötən gün Saray qəsəbəsində yol qəzasında dünyasını dəyişib.

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Day.Az Trend-in Şuşaya ezam olunan müxbirinə istinadən xəbər verir ki, Laçın istiqamətindən gələn karvan 31avtomobildən ibarət olub. Maşınlar Xankəndi istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 102 gündür davam edir.