"Bunları etsək, heç Türkiyənin Azərbaycanda hərbi bazasına da ehtiyac qalmayacaq..."

Deyəsən, Türkiyə Azərbaycanda nəinki hərbi baza qurmaq, adi bir müşahidə mərkəz yaradılmasında iştirak üçün Moskvadan icazə almalıdır? Türkiyənin bu cür astagəl və ehtiyatlı davranışları artıq Azərbaycan cəmiyyətində narahatçılığıa yol açır. Nə baş verir?

 

Azerfirum.com “Azərbaycan-Erməni” Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, Türkiyə üzərinə düşəni edəcək, sadəcə çevik siyasət yürüdülərək əlverişli məqamı gözləmək lazımdır:

 

"Azərbaycanın gələcək təhlükəsizliyinin Türkiyəsiz olmayacağını artıq idrak etməmiz lazımdır və bütün siyasətimiz bu gerçək üzərində qurulmalıdır. Hesab edirəm ki, artıq bunun təməlləri atılmışdır. Cəmiyyətimiz bunun artığını istəməsində də haqlıdır. Əlbəttə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması arzularımızdan biridir. Amma indiki anda bunun reallaşmaması da bizi narahat etməməlidir. Bir müsahibədə də demişdim ki, Türkiyə nəyi nə zaman edəcəyini bilən, diplomatik ölçü - biçi bilən bir dövlətdir. Ola bilsin ki, indiki halda başqa güclərlə mənasız gərginlik yaratmaq istəmir və bəzi məsələləri gələcəyə buraxır. Bu yenə də o demək deyildir ki, Azərbaycanda Rusiyanın söz sahibi olmasına göz yumur. Türkiyə hansı fəaliyyəti həyata keçirməsini kimdənsə icazə almaqla həyata keçirmir. Üzvü olduğu NATO-da belə Türkiyənin bu bu hərbi ittifaqın qaydalarına əməl etmədiyi zaman - zaman dilə gətirilir. Təbii ki, Türkiyə kimdənsə icazə alacaq qədər zəif ölkə deyil. Türkiyə Qarabağda artıq müşahidə mərkəzində ruslarla birgə devriyyə keçirəcək. Türk ordusunun Rusiyanınkı qədər, hətta ondan da artıq sayda Azərbaycanda, Qarabağda olması şərtini biz zamanı gələndə irəli sürə bilərik, amma onu reallaşdırmaq üçün şərait yetişməlidir. Rusiyada son günlər baş verən proseslər, inanmaq istərdim ki, Türkiyənin Cənubi Qafqazda fəallığı artıracaqdır. Dövlət olaraq biz üzərimizə düşənləri o zaman etmək məcburiyyətində qalacağıq. Azərbaycan cəmiyyəti Türkiyədən umduğunu alacaqdır. Mən yenə Türkiyə ilə qurulacaq Konfederasiya ideyasının üzərinə gəlmək istəyirəm. Azərbaycanı gələcək təhlükələrdən qorumaq üçün bu ideyanın gerçəkləşməsi yolunda addımlar atılmalıdır. Onun altyapısı yaradılmalıdır. Bütün bunları etsək heç hərbi bazaya da ehtiyac qalmayacaqdır".

1
2031
0
1 şərh
Алшад Мамедов Turkiye boyuk dovlet kimi.gardaw olke kimi.gardaw millet kimi elinden geleni etdi indi kenarda galdi.daha ne etmelidir.bawgasi olsaydi nece olardi?hakimiyyet rusa ustunluk verir.Turkiye arxa plandadir.niye?
13:33 25.01.2021
0
Cavab ver

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar