Bu qocaman bankı kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək

ABŞ-ın iki qocaman banklarından biri olan “State Street” fondlarının varlı müştərilərinə kriptovalyuta ilə bağlı xidmətlər göstərəcək.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, söhbət imkanlı müştərilərə hesabatlılığın tərtib olunması və rəqəmsal aktivlərlə əməliyyatların emalında köməklik göstərilməsindən gedir.

Bu məqsədlə bank kriptovalyutalarla iş üçün proqram təminatı tədarükçüsü olan “Lukka Inc” şirkəti ilə əməkdaşlığa başlayacaq.

“State Street”in təməli 1796-cı ildə qoyulub. ABŞ-da mövcud banklardan yalnız biri yaşca ondan böyükdür. Bankın aktivləri 40 trilyon dollardır.

Mənbə:
0
59
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar